Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-17/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 iştirakları ilə, Şəxs (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin əmək müfəttişi X1 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında X7 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X9 izahatında göstərdi ki, müfəttişliyə daxil olmuş vətəndaşların Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi və əmək haqqılarının ödənilməməsi barədə şikayətləri barədə məlumat verilməsi barədə Şəxs MMC-yə məktub ünvanlanmışdır. Müraciətə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli Şəxs MMC-nin məktubunda göstərilmişdir ki, vətəndaş X3 işləmək üçün MMC-yə müraciət etmiş, sınaq müddətində obyektdən xx.xx.2023-cü il tarixdə oğurluq edərkən yaxalanmışdır. Sistemə baxış keçirilən zaman isə müəyyən edilmişdir ki, həmin vətəndaşla əmək müqaviləsi bağlanmamışdır. Ona görə də Şəxs MMC barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Hazırda həmin protokola baxılaraq iş üzrə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X11 izahatında bildirdi ki, MMC barəsində tərtib edilmiş protokolda istinad edilən xətaya görə məhkəmə qərarı əsasında inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda isə eyni xətaya görə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iş üzrə icraata xitam veriməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş 26 avqust 2024cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2023-cü il tarixində Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş və nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(003)-1554/2024 nömrəli qərarından görünür ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan və həmin qərarın qəbul edildiyi 3(003)-1554/2024 saylı inzibati xəta haqqında iş materiallarından (MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və s. sənədlərdən) görünür ki, Şəxs MMC X3 ilə əmək müqaviləsi bağlanılmadan sonuncunu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi (mühafizə vəzifəsində işlərə cəlb edilməsi) faktı müəyyən edilmiş və bu səbəbdən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şəxs MMC X3 ilə əmək müqaviləsi bağlamadan sonuncunu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə cəlb edilməsi səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. Buna baxmayaraq Şəxs MMC barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək X2 xx.xx.2023-cü il tarixində Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı ilə bağlı inzibati xətanın törədilməsi məsələsinə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Yəni iş üzrə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə aid eyni fakt üzrə inzibati xəta haqqında iki protokol tərtib edilmişdir və həmin protokollardan biri üzrə hazırda qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilmiş halı və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə aid eyni fakt üzrə inzibati tənbeh etmək qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 53, 105,114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata Şəxs MMC-yə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması əsası ilə xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-17/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-17/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver