Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1702/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs xx xxxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, taksi fəaliyyəti ilə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 04 avqust 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs 19 iyul 2022-ci il tarixdə, saat 17:00-da idarə etdiyi «Toyota Prius (HİBRİD)» minik markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov tərəfindən 29 iyul 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 06 sentyabr 2022-ci il tarixli qərarı ilə 29 iyul 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Xəzər RPİ-nin TŞ-nə göndərilmişdir. Sonradan Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən 15 oktyabr 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 iyul 2022-ci il tarixdə, saat 17:00-da idarə etdiyi «Tufan» markalı moped ilə Binə qəsəbəsi, Atçılıq massivi, badam bağlarından Mərdəkan-Bakı şossesi istiqamətində hərəkətdə olmuşdur. «Real» marketə az qalmış əks istiqamətdən gələn «Toyota Prius» minik markalı avtomobil ona çatmağa 2 metr qalmış onun hərəkətdə olan zolağa keçmişdir. Nəticədə idarə etdiyi mopedlə həmin avtomobilin arxa sağ qanadına dəyərək yerə yıxılmışdır. Hadisə nəticəsində huşunu itirmişv və ayılan zaman xəstəxanada olduğunu, sol qoluna tikiş qoyulduğunu, sağ dirsək və sol çiyin nahiyəsindən xəsarət aldığını görmüşdür. Onu xəstəxanada saxlamamış və evə buraxmışlar. Lakin hadisəni törədən şəxs onunla maraqlanmamış və maddi cəhətdən köməklik göstərməmişdir. Yalnız sığorta şirkəti tərəfindən mopedə dəymiş ziyana görə 700 manat, sağlamlığına dəymiş ziyana görə isə 750 manat pul ödənilmişdir. Ekspert rəydə onun yüngül xəsarət aldığını qeyd etsə də, o, ağır xəsarət almışdır. Hadisəni törədən şəxsə qarşı hər hansı bir tələbi olmadığını bildirdi, lakin ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq Şəxs və Xəzər RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 21 iyul 2022-ci il tarixli, 887 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol qaşın əzilmiş yarası, sol qaşın, döş qəfəsinin, sağ dizin, sağ baldırın sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun «X3» publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 19 iyul 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 11-ə/887 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qaşın əzilmiş yarası, sol qaşın, döş qəfəsinin, sağ dizin, sağ baldırın sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun «X3» publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 19 iyul 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs sol qaşında aşkar olunmuş xəsarətin növləri 3-6 ay müddətində daha da, incəlmişdir və ya bilinməz hala düşməsi proqnozlaşdırılır. Heç bir əlavə müdaxiləyə ehtiyac olmadığına görə və vaxtı keçdikcə bərpa olunduğundan sifətin izi silinən xəsarətə aid olunur. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs yol-hərəkəti haqqında qanununun tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində zərərçəkmiş şəxsə bədən xəsarəti yetirməsini, hadisədən sonra zərərçəkmiş şəxsə köməklik göstərməməsini, onunla maraqlanmamasını və ona dəymiş ziyanı ödəməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. İş üzrə zərərçəkmiş şəxslər X1 və X2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1702/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1702/2022
25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver