Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1704/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru Pərviz Həsənlinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 2-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Pərviz Həsənli tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN№1800152 saylı inzibati xəta haqqında protokoldan görünür ki, o, 02 iyul 2023-cü il tarixdə saat 18:10 radələrində Xəzər rayonu Mərdəkan-Buzovna qəsəbəsi istiqamətində Xəzər RPİ DYPŞ-nin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Xəzər RPİ 2-ci Polis Şöbəsinin sahə inspektoru Pərviz Həsənli tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs 02 iyul 2023cü il tarixdə Mərdəkan şossesindən üzü Buzovna yolu istiqamətində idarə etdiyi mopedlə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən tətbiq olunan əmrə qəsdən tabe olmamış və hərəkətini davam etdirmişdir. Bu zaman əraziyə digər YPX-nin əməkdaşları cəlb edilmiş və həmin əməkdaşların köməyi ilə moped saxlanılmışdır. Həmin vaxt sürücü mopeddə olan sərnişini düşürdərək hadisə yerindən yayınmağa cəhd etmişdir. Polis əməkdaşları dərhal qarşıda olan çağırı patrul avtomobillərində xidmət göstrən əməkdaşlara məlum vermişlər, həmin polis əməkdaşları suni tıxac yaratmaqla Şəxs idarə etdiyi mopedi məcburi qaydada dayandırmışlar. Sürücü hadisə yerində yayınmağa cəhd etsə də polis əməkdaşları tərəfindən saxlanılmış və Xəzər RPİ 2-ci PŞ-nə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək, polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən Bakı şəhəri BPİ-nin DYPİ-ə bilavasitə tabe olan YPX Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X1 bildirdi ki, Şəxs 02 iyul 2023-cü il tarixdə Mərdəkan şossesindən üzü Buzovna yolu istiqamətində idarə etdiyi mopedlə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən tətbiq olunan əmrə qəsdən tabe olmamış və hərəkətini davam etdirmişdir. Bu zaman əraziyə digər YPX-nin əməkdaşları cəlb edilmiş və həmin əməkdaşların köməyi ilə moped saxlanılmışdır. Həmin vaxt sürücü sərnişini düşürdərək hadisə yerindən yayınmağa cəhd etmişdir. Polis əməkdaşları dərhal qarşıda olan çağırı patrul avtomobillərində xidmət göstrən əməkdaşlara məlum vermişlər, həmin polis əməkdaşları suni tıxac yaratmaqla Şəxs idarə etdiyi mopedi məcburi dayandırmışlar. Sürücü hadisə yerində yayınmağa cəhd etsə də polis əməkdaşları tərəfindən saxlanılmış və Xəzər RPİ 2-ci PŞ-nə gətirilmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 02 iyul 2023-cü il tarixli AZA 007881 tutma haqqında protokoldan görünür ki, Şəxs 02 iyul 2023-cü il tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 02 iyul 2023-cü il tarixdə saat 20:10dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1994-cü il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 02 iyul 2023-cü il tarixdə saat 20:10-da hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1704/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1704/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver