Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1705/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İş № 3(003)-1705/2022 Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, tələbkar X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 09 noyabr 1986-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 6 uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2kunlaşmış Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 31 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 18 iyul 2022-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu Şəxs bu gün icra şöbəsinə gəlmiş, ona 2250 manat məbləğində aliment borcunu ödəməsi təklif edilmişdir. Lakin Şəxs həmin məbləği bu gün ödəyə bilməyəcəyini bildirmişdir. Tələbkar isə borcun ödənilməsini tələb edir. Bununla da, Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərdi ki, aliment borcunun yarandığını bu gün bilmişdir. İcraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildirişi almamış, alimenti hansı yolla, hara ödəməsi barədə icra məmuru tərəfindən ona məlumat verilməmişdir. Aliment borcunu tam ödəməsi üçün məhkəmə tərəfindən ona 10 gün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 göstərdi ki, birgə nikahlarından olan altı uşaqları onun himayəsindədir. Özü günü 20 manata işləyir və uşaqlari təkbaşına saxlamaqda çətinlik çəkir. Uşaqları ilə birlikdə kirayədə yaşayır. Borclu Şəxs isə aliment ödəmir və 2250 manat borcu yaranmışdır. Borclu müxtəlif bəhanələr edərək borcu ödəməkdən yayınır. Ona görə də, borclunun həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2671/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 18 iyul 2022-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən olundu ki, icra işində borclu Şəxs ünvanlanmış icaata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş olsa da, həmin qərarın və bildirişin göndərilməsini, qərarın və bildirişin borcluya çatdırılmasını, çatdırılmadığı halda səbəbini təsdiq edən heç bir sənəd iş materiallarına əlavə olunmamışdır. Borclunun Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2671/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli icra sənədindən məlumatı olmadığından, qərarın icrasından üzrsüz səbəbdən, yəni qərəzli şəkildə boyun qaçırmasından söhbət gedə bilməz. Həmçinin məhkəmə qərarının icrası ilə əlaqədar borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi halı iş materiallarına əsasən müəyyən olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxsun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1705/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1705/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver