Məhkəmə qərarları › İş №3(003)-1706/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1706/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1706/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Aftandil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 01 noyabr 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs Aftandil oğlu 24 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ona məxsus obyektdə X2 döymüşdür. Şəxs Aftandil oğlunun əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞnin təhqiqatçısı Namiq Binnətov tərəfindən 31 avqust 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs Aftandil oğlunun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər RPİ-nin 3-cü PŞ-nin sahərəisi Fərid Hüseynli tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Aftandil oğlu məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında yerləşən köşkü aylıq icarə haqqı 300 manat olmaqla X3 icarəyə vermişdir. Xalid orada tütün məmulatlarının satışını həyata keçirəcəkdir. Xalid köşkə yalnız axşamlar gəlir, orada heçnə satmırdı. Həmçinin ilk öncə icarə haqqını ödəsə də, sonradan ödəməmişdir. Ona görə də, Xalidə köşkü təhvil verməsini bildirmişdir. Xalid köşkü boşaldan zaman 17 manat işıq borcunun olduğunu bildirmiş və Xalid həmin pulu ödəmişdir. Sonra başqa icarədarla köşkdə söhbət edərkən Xalid içəri daxil olaraq onunla mübahisə etməyə başlamışdır. Sonra üstünə hücum edərək onu yumruql vurmaq istəmişdir, o isə idman müəllim olduğundan fənd işlədərək onu yerə yıxmışdır. Sonra Xalidin ondan şikayət etməsini bilmişdir. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 göstərdi ki, ünvan 2 ünvanında yerləşən köşkü Şəxs Aftandil oğlundan ayı 300 manat olmaqla icarəyə götürmüşdür ki, orada siqaret satsın. Lakin Vüqarın obyektinin sənədləri düzgün olmadığından icarə müqaviləsi bağlaya bilməmişlər. Biringi ay Vüqara 200 manat, ikinci ay 250 manat, üçüncü ay isə 300 manat icarə haqqı vermişdir. Köşkü 3 ay işlətdikdən sonra 24 avqust 2022-ci il tarixdə təhvil vermişdir. Köşkdə qalan xırda əşyaları götürmək istəyərkən 17 manat işıq pulunu istəmişdir. O, da işıq pulunu ödədikdən sonra işığı gözü ilə götürəcəyini bildirdiyi üçün Vüqar onu nalayiq ifadələrlə təhqir edərək yerə yıxmış və onun çiyin hissəsi əzilmişdir. Aralarında barışıq olmadığını bildirərək Şəxs Aftandil oğluna hər hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Aftandil oğlunun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və inzibati xəta haqqında protokol əsasında sübuta yetirilir. İş materiallarına əlavə edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 31 avqust 2022-ci il tarixdə qərarda öz əksini tapmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 27 avqust 2022-ci il tarixli, 1119 nömrəli rəyindən görünür ki, X1 bədəni səthində aşkar edilmiş xəsarətlər – alının, sağ kürəkaltı nahiyənin sıyrıqları, boynun, sol bazunun qansızmaları küt əşya (əşyalar) təsirindən törənmiş və törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 24 avqust 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə Şəxs Aftandil oğlunun ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə Şəxs Aftandil oğlunun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs Aftandil oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində həbs tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Aftandil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar