Məhkəmə qərarları › İş №3(003)-1706/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1706/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1706/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Hava Nəqliyyatında Polis İdarəsinin İTŞ-nin baş inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx.xx.1985-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məcburi köçkün, Xocalı rayonu Xocalı şəhərində qeydiyyatda olan, faktiki Bakı şəhəri Binəqədi rayonu DSK 2 Xocalı pansionatında yaşayan barəsində Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Hava Nəqliyyatında Polis İdarəsindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 02 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Hava Nəqliyyatında Polis İdarəsinin İTŞ-nin baş inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Heydər Əliyev X4 baş inspektoru X3 izahatında göstərdi ki, vətəndaş Şəxs 02 iyul 2023-cü il tarixdə X6 Hava Limanı 2-ci Terminalın qarşısında vətəndaş X2 ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur. Bu fakt vətəndaşın özünün, şahidin izahatı və polis əməkdaşlarının tərtib etdiyi raportla təsdiq edilir. Bunun nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müfafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 6 ildir ki, Heydər Əliyev X4 taksi fəaliyyəti ilə məşğul olur. 02 iyul 2023-cü il tarixdə saat 09:45 radələrində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaqdan ötrü yenə X6 Hava Limanına gəlmişdir. Həmin vaxt 2-ci Terminalda “Abudabi-Bakı” reysi hava limanına enibmiş. Təqribən saat 10 radələrində sərnişinlərin çıxdığını görüb sərnişinə yaxınlaşmaq istəyəndə onunla bərabər Cavanşir adlı taksi sürücüsü də həmin sərnişinə yaxınlaşmışdır. Həmin vaxt Cavanşir onun kürəyindən itələmiş və sərnişinə dəyməməyini demişdir. O, Cavanşirdən onu niyə itələməsini soruşmuş və aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Cavanşir ona yumruq atmış və yumruq onun sinəsindən dəymişdir. O da Cavanşirə yumruq atan zaman Cavanşir başını əymiş, həmin yumruq onları ayırmaq istəyən Samiq adlı polis əməkdaşının burnunu sürtmüşdür. Daha sonra polis əməkdaşları onları Polis idarəsinə aparmışlar. Onlar mübahisə edərkən bir-birinə qarşı nalayiq söz və ifadələr işlətməmişlər. Belə bir hadisənin baş verməsindən peşman olmuşdur. Özü Xocalıdan məcburi köçkündür, himayəsində iki azyaşlı uşağı vardır, anası xərçəng xəstəsidir. Hazırkı açıq məhkəmə iclasında hamıdan üzr istəyir və bir də belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Heydər Əliyev X4 PPX bölüyünün polis nəfəri, polis serjantı X5 göstərdi ki, 02 iyul 2023-cü il tarixdə saat 10:35 radələrində təhkim olunduğu postda xidmətdə olarkən Hava Limanında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan iki nəfər taksi sürücüsünün bir-biri ilə mübahisə edərək əlbəyaxa olduqlarını görmüş və dərhal ora yaxınlaşmış və dalaşanları ayırmaq və onların bir-birinə xəsarət yetirməmələri üçün aralarına girmiş, bu zaman zərbələrdən biri onun sifət nahiyəsinə yüngül toxunmuşdur. Postaçı yoldaşı bunu görüb ona yaxınlaşmış və onlar dalaşanların hər ikisini Polis idarəsinə aparmışlar. Orada dalaşanların Şəxs və X2 olduğu müəyyənləmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs əməlindən peşmandır, Xocalıdan məcburi köçkündür, himayəsində iki azyaşlı uşağı vardır, anası xərçəng xəstəsidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 31.4-1, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (yüz) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar