Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1707/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1967-ci ildə Ağdərə rayonu Umudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, işləməyən, Tərtər rayonu, Umudlu kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 04 iyul 2023-cü il tarixli protokola əsasən Şəxs 04 iyul 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində marketin qarşısında özünü şübhəli apararkən ona yaxınlaşan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində olarkən polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmişdir. 1-2 addım kənarlaşmaq istəyəndə polis onun qaçmaq istədiyini zənn etmiş və polis şöbəsinə aparmışdır. Barəsində cərimə cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru X2 göstərdi ki, 04 iyul 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Grandmarket”in marketin qarşısında şəxsiyyəti sonradan məlum olan Şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin vaxt Şəxs qaçmaq istəyəndə onu saxlayaraq polis şöbəsinə aparmışlar. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 04 iyul 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində marketin qarşısında özünü şübhəli apararkən ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri Seymur Ələsgərov və Elməddin Bayramov tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Grandmarket”in qarşısında sahə inspektoru Hüseyn Zalovla birlikdə 1 nəfər tanımadıqları şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxs polisin göstərişinə məhəl qoymayaraq qaçmağa cəhd etdiyindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmişdir. Orada həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00-da saxlanılmışdır. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 04 iyul 2023-cü il tarixdən saat 21:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1707/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1707/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver