Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1708/2022 18.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxxx 1990-cı il tarixdə Şabran rayonu, Dəvəçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, taski fəaliyyəti işə məşğul olan, ilk dəfə inzibati məsuliyyətə cəlb olunan, Qaradağ rayonu, Şubani 1 hərbi şəhərcikdə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 13 oktyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 21 sentyabr 2022-ci il tarixdə, saat 23:00-da idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı Ruhan Adilbəyli tərəfindən 06 oktyabr 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, taski fəaliyyəti işə məşğul olaraq ailəsini dolandırır. 21 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində «Toyota Prius (Hibrid)» minik markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobil ilə Pirallahı qəsəbəsindən Qala qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt yuxusuz olduğundan idarə etməni itirərək qarşısında hərəkətdə olan qara rəngli «Khazar SD» markalı avtomobili vurmuşdur. Həmin avtomobil isə yolun kənarında dayanmış vəziyyətdə olan «VAZ 21099» markalı avtomobilə dəymişdir. Həmin vaxt onun avtomobilində tanışı Azər və Elnur adlı şəxslər olmuşlar. Hadisə nəticəsində «Khazar SD» markalı avtomobilin sürücüsü, sonradan adını bildiyi Ramiz adlı şəxs və «VAZ 21099» markalı avtomobildə olan sərnişin sonradan adını bildiyi Aragül adlı qadın xəsarət aldığından təcili tibbi yardım çağırmışdır. Hadisədən sonra Aragül adlı qadın, onun əri «VAZ 21099» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 və «Khazar SD» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ilə maraqlanmışdır. Lakin onlara maddi cəhətdən köməklik etməmişdir. Sığorta şirkəti tərəfindən «VAZ 21099» markalı və «Khazar SD» markalı avtomobilə dəymiş ziyan, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlığına dəymiş ziyan ödənilmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, işinin sürücülük vəsiqəsindən asılı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 1280 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər 21 sentyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 1283 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər 21 sentyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Məhkəmə Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, işinin sürücülük vəsiqəsi ilə bağlı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1708/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1708/2022
18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver