Məhkəmə qərarları › İş №3(003)-1709/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1709/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1709/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC-nin) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 485.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" MMC-nin (VÖEN: **********) adına xx.xx.2023-cü il tarixdə 85AA831/85AA832 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********8471 nömrəli GB ilə bəyan olunanyüklər üçün eyni nömrəli, eyni tarixli, lakin dəyərləri fərqli olan 2 invoys təqdim edilmişdir. Belə ki, "xxxx" MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə X6 Əmirliklərindən 85AA831/85AA832 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar **********8471 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Malların rəsmiləşdirilməsi həyata keçirilərkən **********8471 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı "xxxx" MMC tərəfindən idxal edilmiş mallara görə gömrük orqanına eyni nömrəli və eyni tarixli (OFF-PEX/CH ********* nömrəli xx.xx.2023-cü il tarixli), lakin dəyərləri fərqli olan 2 (iki) invoys sənədinin təqdim edildiyi müəyyən edilmişdir. Belə ki, **********8471 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində malların ümumi invoys dəyəri 18986.06 ABŞ dolları göstərildiyi halda, həmin mallara dair tərtib edilmiş OFF-PEX/CH ********* nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədlərində malların ümumi invoys dəyərinin fərqli olduğu, yəni müvafiq olaraq 41550.80 ABS dolları ve 47465.04 ABŞ dolları qeyd edildiyi müəyyən edilmişdir. Həmçinin, həmin mallara dair tartib edilmis **********8471 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində malların ümumi invoys dəyəri 18986.06 ABŞ dolları göstərildiyi halda, eyni mallara dair tərtib edilmiş **********6312 sorğu nömrəli xx.xx.2023-cü il tarixli qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 18986.06 ABŞ dolları göstərilmişdir. Bununla da, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən "xxxx" MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən idxal edilmiş mallara görə gömrük orqanına eyni nömrəli və eyni tarixli, lakin dəyərləri fərqli olan 2 (iki) invoys sənədi təqdim edilmiş, həmçinin, **********8471 Sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində malların ümumi invoys dəyəri 18986.06 ABŞ dolları göstərildiyi halda, eyni mallara dair tərtib edilmiş **********6312 sorğu nomrəli xx.xx.2023-cü il tarixli qısa idxal bəyannaməsində də malların ümumi invoys dəyəri 18986.06 ABŞ dolları göstərilmiş, bununla da, "xxxx" MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük organına təhrif olunmuş məlumat verilmişdir. Bununla əlaqədar "xxxx" MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X1 tərəfindən 23 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə inzibati xəta haqqında 00100-01677/23 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 göstərdi ki, MMC-nin ünvanına X6 Əmirliklərinin "MAXELL İNTERNATİONAL LLC" şirkətindən 45AA717/45AA718 və 85AA831/85AA832 nömrə nişanlı yük avtomaşınları ilə daxil olmus malların ümumi invoys dəyari 47465.04 ABŞ dolları təşkil edir, həmin qiyməti təsdiq edir. Mallara dair qisa idxal bəyannaməsinin tərtib edilməsi üçün ixracatçı şirkət tərəfindən sənədlər göndərilmiş, göndərilən invoys sənədində malların qiyməti 41555.80 ABŞ dolları göstərilmişdir. Həmin invoys sənədi əsasında qısa idxal bəyannamələri və gömrük bəyannamələri tərtib edilmişdir. MMC tərəfindən idxal edilmiş mallara dair bəyannamələr tərtib edilərkən mal-müsayiət sənədləri yoxlanılır, sonradan bəyannamələr tərtib edilir. 45AA717/45AA718 və 85AA831/85A4832 nömrə nişanlı yük avtomaşınları ilə daxil olmus mallara dair bəyannamələr tərtib edilərkən mal-müşayiət sənədləri asasında malların ümumi invoys dəyəri 41555.80 AB$ dolları bəyan edilmişdir. X6 Əmirliklərinin “MAXELL İNTERNATİONAL LLC" sirkəti tərəfindən həmin mallara dair dəyəri 41555.80 AB$ dolları olan invoys sənədinin tərtib edildiyi və sonradan həmin boruların sayı artıq yüklənmiş və həmin əlavə olunmus borulara görə sənədlər dəyişilmis, həmçinin invoys sənədində dəyişərək eyni tarixli eyni nömrəli invoys sənədində malların dəyərini artıraraq 47465.04 AB$ dollari geyd etmiş və bu barədə şirkətə heç bir məlumat verməmişdir. Həmin mallara dair gömrük bəyannamələri tərtib edildikdən sonra gömrük əməkdası eyni tarixli (OFF-PEX/CH230410004 nömrəli xx.xx.2023-cü il tarixli), lakin dəyərləri fərqli olan 2 (iki) invoys sənədinin olduğunu bildirmişdir. Sonradan göndərən şirkətlə danışıqlar aparılan zaman məlum olmuşdur ki, həmin boruların sayı artıq yüklənmiş və həmin əlavə olunmuş borulara görə invoys sənədin dəyişərək eyni tarixli eyni nömrəli invoys sənədində malların dəyəri artırılaraq 47465.04 ABŞ dolları geyd edilmişdir. Qeyd edir ki, bu barədə şirkətin heç bir məlumatı olmayıb və həmin düzgün dəyər geyd olunmuşdur, yəni 47465.04 AB$ dolları dəyər ilə rəsmiləşdirməyə hazırdırlar. Bunun nəzərə alınaraq barələrində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğdə cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar