Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1714/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 503-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsindən daxil olmuş 3-33-3100/013/011988 nömrəli raporta əsasən 17 mav 2024-cü il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla, eyni zamanda müxtəlif yollarla gətirilən mobil telefonların gətirilərək Bakı səhəri ərazisində realizə olunması barədə X3 Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Heydər Əliyev adına X2 xarici ölkələrdən gələn sərnişinlərin köməkliyi ilə mobil telefonlar gətirildikdən və gömrük nəzarətindən keçdikdən sonra hava limanının çıxışında dayanan Azərbaycan Respublikası vətəndaşı Şəxs təhvil vermələri müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq müvafiq əməliyyat qrupu yaradılmış və zəruri tədirlər həyata keçirilmişdir.Faktla əlaqədar olaraq mövcud hal nəzarətdə saxlanmış və hal şahidlərinin iştirakı ilə Şəxs məxsus çiyin çantasına baxış keçirilmişdir. Baxış zamanı ona məxsus çantanın içərisindən qutusunun üzərindəki imei kodlarla tənzimləmələr bölməsindəki kodlar eyni olan 2 ədəd İMEİ1 **********60620, İMEİ2 **********18515 kodlu, blue titanium, 1 TB, İphone 15 Pro Max, 3 ədəd eyniləşdirilməsi mümkün olmayan qutusunun üzərində imei kodları İMEİ1 **********60620, İMEİ2 **********18515 kimi qeyd edilmiş, blue titanium, 1 TB, İphone 15 Pro Max və qutusunun üzərindəki imei kocüları İMEİ1 **********59501, İMEİ2 **********03542, tənzimləmələr bölməsində isə imei kodları İMEİ **********13230/**********13332 kimi qeyd olunmuş 1 ədəd Natural Titanium, 512 GB, İphone 15 Pro Max markalı, ümumilikdə 6 ədəd mobil telefon aşkar edildi. Göstərilənlərdən başqa çantada qanunvericiliklə qadağan edilmiş hər hansı predmet aşkar edilmədi. Bununla əlaqədar olaraq müvafiq baxış keçirilməsi və götürmə protokolu tərtib edilmiş, aşkar edilən predmetlərin foto şəkilləri çəkilərək həmin protokola əlavə edilmiş və araşdırma məqsədilə xüsusi qablaşdırma vasitəsində qablasdırılaraq həmin protokol əsasında götürülmüşdür.Faktla əlaqədar izahatı alınmış Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Moskvada yaşayan qohumu Eşqin adlı şəxs Bakı-Moskva aviareysiilə gələn sərnişinlər vasitəsilə 6 ədəd İphone markalı mobil telefonları təhvil alıb. Eşqinin özünə təhvil verməli idi. Eşqin adlı qohumu Moskvada yaşasa da həmin ərəfələrdə Bakı səhərində olduğu üçün telefonları sərnişinlərdən təhvil alıb Eşqinə çatdırmalı olduğunu, bunun qarşılığında heç bir pul tələbinin və va qarsı tərəfdən pul vədinin olmadığını, sadəcə olaraq qəlib getməyi üçün Eşqinin ona benzin pulu verdiyini bildirmişdir. Həmçinin bundan öncə də bir neçə dəfə Eşqinin xahişi ilə eyni qaydada mobil telefonları sərnişinlərdən təhvil alıb Eşqinə təhvil verdiyini bildirmişdir.Araşdırmanın davam etdirilməsi məqsədilə Şəxs Eşqin adlı şəxsinlə əlaqə saxlayıb, Təhqiqat şöbəsinə dəvət etmək üçün mobil nömrəsini təqdim etməsini bildirdikdə, Şəxs Eşqinin artıq Rusiya Federasiyasına qayıtdığını istifadəsində yalnız rus nömrəsi +7 (916) ***-**-** olduğunu bildirmişdir.Protokol əsasında aşkar olunmuş 6 (altı) ədəd iphone 15 Pro Max markalı mobil telefonun oriqinal olub-olmamasının müəyyən olunması və dəyərləndirilməsi üçün xüsusi qablaşdırma vasitəsində qablasdırılaraq kompleks məhkəmə-texniki və məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi məqsədilə xx.xx.2024-cü il tarixli, 3-33-3100/2- 002695/2024 nömrəli məktubla AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdur.AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 5/631-5/668- 9/4246 nömrəli eskpert rəyinə əsasən tədqiqata təqdim edilmiş, 6 ədəd mobil telefonlar orijinal “Apple” məhsulu olan “İphone” markalı mobil smartfonun spesifikasiyasına uyğun deyildir, həmçinin 6 ədəd orijinal olmayan mobil telefonların xx.xx.2024-cü il tarixinə ümumilikdə orta qiyməti təxminən 1410 manat müəyyən edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00800-00609/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin iştiraklarını təmin etməmişdirlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 503-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 17 may 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs məxsus qara rəngli çiyin çantasına keçirilən baxış zamanı həmin çantanın içərisindən qutusunun üzərindəki imei kodlarla tənzimləmələr bölməsindəki kodlar eyni olan 2 ədəd İMEİ1 **********60620, İMEİ2 **********18515 kodlu, blue titanium, 1 TB, İphone 15 Pro Max, 3 ədəd eyniləşdirilməsi mümkün olmayan qutusunun üzərində imei kodları İMEİ1 **********60620, İMEİ2 **********18515 kimi qeyd edilmiş, blue titanium, 1 TB, İphone 15 Pro Max və qutusunun üzərindəki imei kodları İMEİ1 **********59501, İMEİ2 **********03542, tənzimləmələr bölməsində isə imei kodları İMEİ **********13230/**********13332 kimi qeyd olunmuş 1 ədəd Natural Titanium, 512 GB, İphone 15 Pro Max markalı, ümumilikdə 6 ədəd mobil telefon aşkar edilmişdir. Göstərilənlərdən başqa çantada qanunvericiliklə qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Aşkar edilən 6 ədəd İphone 15 Pro Max markalı mobil telefon həmin potokol əsasında götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sensor ekranla təchiz olunmuş “iPhone 15 Pro Max” markalı, “A2849” modelli, “1TB” yaddaş tutumuna malik 05 (beş) ədəd və “iPhone 15 Pro Max” markalı, “A2849” modelli, “512GB” yaddaş tutumuna malik 01 (bir) ədəd mobil smartfon işlək vəziyyətdədir. Tədqiq olunan 05 (beş) ədəd “İPhone 15 Pro Max” markalı, “A2849” modelli, mobil smartfonların proqram təminatında unikal olması nəzərdə tutulan seriya nömrəsi və imei kodları hamısında eyni “L2KTFKGG7C” seriya nömrəsi və “**********60620,**********18515” İMEİ kodu olması müəyyən edilmişdiri. Tədqiq olunan 01 (bir) ədəd “iPhone 15 Pro Max” markalı “A2849” modelli, “512TB” yaddaş tutumuna malik mobil smartfonun qutusunun markalanma göstəricisində olan seriya nömrəsi və imei kod ilə mobil smartfonun proqram təminatında olan seriya nömrəsi və imei kod fərqlidir. Tədqiq olunan 05 (beş) ədəd “İPhone 15 Pro Max” markalı “A2849” modelli mobil smartfonlarda unikal olması nəzərdə tutulan seriya nömrəsinin hamısında eyniolması səbəbindən ekspert qraşısında qoyulmuş '“Təqdim edilən mobil telefonlar aktivləşdirilmişdirmi” sual üzrə tədqiqat işinin aparılması mümkün olmamışdır. Təqdim edilmiş 06 (altı) ədəd “iPhone 15 Pro Max” markatı, “A2849” modelli mobil smartfonlar açılmadan diaqnostika olunan zaman müəyyən olunmuşdur ki, həmin mobil smartfonlar orijinal “Apple” məhsulu olan “iPhone” markalı mobil smartfonun spesifikasiyasına uyğun deyildir. Tədqiqata təqdim edilmiş “iPhone 15 ProMax” markalı, “A2849” modelli, “1TB” yaddaş tutumuna malik 05 (beş) ədəd və “iPhone 15 Pro Max” markalı, “A2849” modelli, “512GB” yaddaş tutumuna malik 01 (bir) ədəd mobil smartfonlarda olan əmtəə nişanı 1303517- İPHONE nömrəli beynəlxalq qeydiyyatda olan “iPhone” əmtəə nişanı ilə eynidir. Tədqiqata təqdim edilmiş 6 ədəd orjinal olmayan mobil telefonların 17 may 2024-cü il tarixinə ümumilikdə orta qiyməti təxminən 1410,00 manat müəyyən edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati orqana ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs 17 may 2024-cü il tarixdə hava limanın ərazisində sərnişinlər tərəfindən ona təhvil verilən 6 ədəd mobil telefonların ona məxsus olmadığını qeyd etmiş və onlardan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan, invovs dəyəri 1410 manat təşkil edən kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirtmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 503-cü maddələri ilə təqsirli bilinməli və ona 448-ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə minimum həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 503-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 05 (beş) ədəd “iPhone 15 Pro Max” markalı, “A2849” modelli, “1TB” yaddaş tutumuna malik və 01 (bir) ədəd “iPhone 15 Pro Max” markalı, “A2849” modelli, “512GB” yaddaş tutumuna malik mobil smartfonlar müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1714/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1714/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver