Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1715/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin 300000 (üç yüz min) avro məbləğində olan vəsaiti 15 oktyabr 2020-ci il il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 300000 (üç yüz min) avro məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Bununla əlaqədar Şəxs MMC barəsində Hüquq Departamentinin direktoru X2 tərəfindən 27 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında EP ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə göstərdi ki, 300000 (üç yüz min) ABŞ dolları məbləğində vəsait Şəxs MMC ilə Rusiya Federasiyasının “Vertolyotı Rossii” şirkəti arasında imzlanmış 22 iyun 2020-ci il tarixli müqaviləyə görə Mi tipli helikopterlərin əsaslı təmiri ilə bağlı Şəxs MMC bazasında yaradılması nəzərdə tutulmuş Servis Mərkəzinin fəaliyyəti üçün əmlakın təchizatına dair tərəflərindən “Vertolyotı Rossii” şirkətinin hesabına 15 oktyabr 2020-ci il il tarixdə 300000 (üç yüz min) avro məbləğində olan vəsait köçürülmüş, lakin Rusiya Federasiyasında mövcud vəziyyətlə əlaqədar (tətbiq edilmiş sanksiyalar və.s) əmlakın təchizatında ləngimələr baş vermişdir. Hazırda bu müqavilənin predmeti olan mallar 04 noyabr 2022-ci il tarixdə 04 noyabr 2022ci il tarixdə ölkəyə gətirilmişdir. Onlar valyuta vəsaitinin xaricdən geri qaytarılmamasından yayınmamışlar, sadəcə olaraq “Vertolyotı Rossii” şirkətində gecikmə halı baş vermişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmiş. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva ərizə ilə müraciət edərək **********9136 sorğu nömrəli yük gömrük bəyannaməsinə əsaəsn xx.xx.2020-ci il tarixli köçürmə tapşırığına uyğun olaraq müvafiq mallar (helikopter avadanlıq və alətləri) ölkəyə idxal edilmiş, lakin idxal “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş müddətdə yox, 19 gün gecikmə ilə baş vermişdir. Rusiya Federasiyası və Ukrayna Respublikası arasında baş vermiş hərbi münaqişə ilə əlaqədar Rusiya Federasiyasına tətbiq olunan sanksiyalar və ölkə daxilində malların ixracı ilə əlaqədar yaradılmış məhdudiyyətlər satıcının alıcıya malları gec göndərməsinə səbəb olmuş və bu da malların Azərbaycan Respublikası ərazisinə vaxtında idxal olunmaması ilə nəticələnmişdir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir: “Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors mafor, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər." Beləliklə, Şəxs MMC tərəfindən malların vaxtında idxal edilməməsinin barəsində inzibati icraat aparılan şəxsin təqsiri səbəbindən baş verməməsi məhkəmədə iş materialları ilə öz təsdiqini taparsa, iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 300000 (üç yüz min) avro məbləğində xarici valyutada olan vəsait "xxxx" ASCdə olan hesabından 15 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli gömrük bəyannaməsi və əlavələrindən görünür ki, cəmi 300000 (üç yüz min) avro məbləğində olan mallar ölkəyə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin baş direktoru Azər Sultanovun "xxxx" ASC-yə ünvanladığı 13 oktyabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, 300000 (üç yüz min) ABŞ dolları məbləğində vəsait Şəxs MMC ilə Rusiya Federasiyasının “Vertolyotı Rossii” şirkəti arasında imzlanmış 22 iyun 2020-ci il tarixli müqaviləyə görə Mi tipli helikopterlərin əsaslı təmiri ilə bağlı Şəxs MMC bazasında yaradılması nəzərdə tutulmuş Servis Mərkəzinin fəaliyyəti üçün əmlakın təchizatına dair tərəflərindən “Vertolyotı Rossii” şirkətinin hesabına 15 oktyabr 2020-ci il il tarixdə 300000 (üç yüz min) avro məbləğində olan vəsait köçürülmüş, lakin Rusiya Federasiyasında mövcud vəziyyətlə əlaqədar (tətbiq edilmiş sanksiyalar və.s) əmlakın təchizatında ləngimələr baş vermişdir. “Vertolyotı Rossii” şirkətindən alınmış məktuba əsasən əmlakın təchizatı xx.xx.2022-ci il tarixinə planlaşdırıldığından ödənilmiş icra müddətinin cari ilin sonunadək uzadılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC tərəfindən 300000 (üç yüz min) avro məbləğində xarici valyutada olan vəsait "xxxx" ASC-də olan hesabından 15 oktyabr 2020ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. 04 noyabr 2022-ci il tarixli gömrük bəyannaməsi və əlavələrinə əsasən 300000 (üç yüz min) avro məbləğində olan mallar ölkəyə gətirilmişdir. Göründüyü kimi, Şəxs MMC-nin ödənilmiş icra müddətinin cari ilin sonunadək uzadılmasına dair xahişinin nəzərə alınmamasına və ödənilmiş valyuta vəsaitinin qarşılığında 04 noyabr 2022-ci il tarixdə malların ölkəyə daxil olmasına baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində 27 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi X1 “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 20 fevral 2020-ci il tarixli qərarına əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin iradəsindən asılı olmayan obyektiv səbəblərdən xaricə köçürülmüş valyuta vəsaitinin geri qaytarılmaması halı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda Şəxs MMC-nin 300000 (üç yüz min) avro məbləğində olan vəsaiti 15 oktyabr 2020-ci il il tarixdə xaricə köçürülməsi və 02 (iki) il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməməsi qeyd edilsə də, lakin 04 noyabr 2022-ci il tarixdə göstərilən məbləğ qarşılığında mallar ölkəyə daxil edildiyindən və Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs MMC-nin barəsində olan iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyindən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1715/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1715/2022
17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver