Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1717/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxxx 1991-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Pirallahı MKTB-də fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi yeni sahədə yerləşən nömrəsiz fərdi evdə yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 02 noyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 01 noyabr 2022-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Qala parkından dəyəri 60 manat olan elektrik naqili oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Səfa Usubov tərəfindən 02 noyabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 01 noyabr 2022-ci il tarixdə dostu Oruc zəng edərək ona bir işdə kömək etmək üçün Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Qala parkına çağırmışdır. O, da saat 16 radələrində həmin parka getmişdir. Bu zaman mühafizəçilər gələrək onu tutmuşlar, Oruc isə qaçıb getmişdir. O, elektrik naqilini görməmiş, lakin sonradan Orucun oğurluq etdiyini başa düşmüşdür. Xəstə anasının və 6 yaşında bir azyaşlı uşağının olduğunu bildirərək yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 01 noyabr 2022-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Qala parkından dəyəri 60 manat olan elektrik naqili oğurlamışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-302/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 160 saat ictimai işlər növündə tənbeh edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 1(094)-32/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(094)-34/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkum Şəxs cəzanın icrası yerinə məcburi gətirilməsi məqsədi ilə tutulması, tutulma müddətinin 7 gün həddində müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-302/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə ictimai işlər növündə tənbeh almasına baxmayaraq eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halı, cinayət işi törətdiyinə görə məhkum olunmasını, hökmün icrasından yayındığına görə axtarışda olmasını nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan AZA seriyalı 016752 nömrəli, 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 01 noyabr 2022-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 01 noyabr 2022-ci il tarixdən, saat 17:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1717/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1717/2022
02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver