Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1726/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3, Zərər çəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Beyləqan rayonunun Milabad qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Nİzami rayonunun ərazisində ünvansız evdə kirayədə yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X11 tərəfindən X2 İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə MN seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, X7 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ünvanının yaxınlığında, həmin ünvanda yaşayan X6, uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni, xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə X5 Şükürovanın qaçırılması ilə bağlı 102 xidmətinə zəng edərək, polis əməkdaşlarını izahatının alıması üçün ünvana dəvət etmişdir. İzahat verərkən Təhminə Niyazovanın keçmiş həyat yoldaşı X7 telefonla zəng etdib onun barəsində nalayiq ifadələr işlətmiş, sonra X1 yaşadığı evin həyətinə gələrək, uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında izahatı alınmış X8 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qızı X4 qaçırılması barədə polisə məlumat verərək, polis əməkdaşlarını Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən yaşadığı ünvana dəvət etmişdir. İzahat verərkən keçmiş həyat yoldaşı X7 zəng edərək onu hədələmiş, daha sonra isə qeyd olunan ünvanın həyətinə gələrək, ətrafda qonşuların olmasına baxmayaraq, qışqıraraq ağır söyüşlər söyüb təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7 izahatında qeyd etmişdir ki, xx.xx.2025-ci ildə qudası zəng edib, qızı X4 nişanlı olduğu halda, başqa bir şəxs tərəfindən qaçırıldığını bildirdiyindən əsəbləşib, qudasının sözləri ona ağır gəldiyindən keçmiş həyat yoldaşı X1 yaşadığı ünvana gedərək, ətrafda qonşuların və polis əməkdaşlarının olmasına baxmayaraq əsəblərini cilovlaya bilməyərək Təhminə Niyazovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə tərəflərin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, X2 İXM-nin 510-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4.-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Məhkəmə, inzibati xəta törətmiş X2 şəxsiyyətini, törətdiyi əməlin təhlükəliliyini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməli, barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarix saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə və Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(003)-1726/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1726/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver