Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-173/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun müstəntiqi İ dərəcəli hüquqşünas X3, Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Tərtər rayonu, Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkum olunmamış, Tərtər rayonu, Seydimli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqında qərara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə “Heydər Əliyev” X6” yerləşən gömrükburaxılış, yoxlanış-nəzarət məntəqəsində xidmət aparan gömrük orqanı əməkdaşları ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur. Bununla bağlı inzibati xəta haqqında iş üzrə icraata başlanması haqında 21 yanvar 2025-ci il tarixli qərarı ilə qəbul edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun nümayəndəsi X4 qərara uyğun çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqında qərar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin qərarı müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun müstəntiqi İ dərəcəli hüquqşünas X5 qərarı müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, kommersiya məqsədi ilə Abu-Dabi, Dubay şəhərlərinə gedib-gələn biridir. Hər dəfə mallarını aktlaşdırıb, dövlət rüsumunu ödəmişdir. xx.xx.2024-cü il tarixdə yenə Abu-Dabi şəhərinə getmiş və iki gün sonra Bakıya qayıtmışdır. Qayıdan zaman özü ilə 2-3 ədəd kosmetik vasitə, bir ədəd qida əlavəsi və bir ədəd "Dyson" markalı saç qurudan götürmüşdür. Gömrük yoxlanışından keçən zaman gömrük əməkdaşı Nuranə Cavadova ona bildirmişdir ki, saç qurudana görə rüsum ödəməlidir. O, bildirmişdir ki, saç qurudanı şəxsi istifadə üçün gətirmişdir və xahiş etmişdir ki, "Karqo Terminal"a göndərməsin. Lakin Nuranə onun dediyinə məhəl qoymamışdır. Sonra gömrük əməkdaşı Nuranə Cavadova ǝl yükündə olan əşyaları bir-bir yoxlamağa başlamışdır və hamısını "Kargo'ya göndərəcəyini bildirmişdir. O da həmin vaxt əsəblərini cilovlaya bilməmiş, əşyaların yoxlanıldığı bölməyə keçib, özünə məxsus olanları masanın üzərindən götürüb yerə çırpmışdır. Həmin vaxt Nuranə qabağını kəsib, əşyaları ondan almaq istəmişdir O da həmin yerdən əşyalar ilə birlikdə uzaqlaşmışdır. Orada Nuranəyə qarşı heç bir kobudlu etməmişdir və ona qarşı nalayiq ifadə işlətməmişdir. Əlavə olaraq bildirmişdir ki, özü müharibə iştirakçısıdır, hərbi biletində qeyd aparılmasada iştirakçı olmuşdur, qardaşı X8 isə Vətən Müharibəsi iştirakçısı olmuş və buna dair vəsiqə almışdır. Məhkəmədən barəsində olan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, C-334/24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə hüquqi qiymət verilməsindən ötrü ibtidai araşırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji natomiya Birliyi” X12 n 1305 nömrəli ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü X1 məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmışdır: N.A.Cavadovanın bədəni üzərində travma almasını göstərən hər-hansı bir xəsarət aşkar edilmədi. Məhkmə iclasında sübut növündə təqdim edilmiş 01 ədəd DVD disk baxış keçirilərkən müəyyən edildi ki, gömrük əməkdaşı Nuranə Cavadova ǝl yükündə olan əşyaları bir-bir yoxlamağa başlamışdır. Şəxs həmin vaxt əşyaların yoxlanıldığı bölməyə keçib, özünə məxsus olanları masanın üzərindən götürüb yerə çırpmışdır. Həmin vaxt Nuranə qabağını kəsib, əşyaları ondan almaq istəmişdir. O da həmin yerdən əşyalar ilə birlikdə uzaqlaşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri izahatları, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxsin izahatını və inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri –həbs növündə tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-173/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-173/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver