Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1738/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2, tələbkar X1 iştirakları ilə Şəxs xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, üç azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-528/2022 saylı, 28 yanvar 2022-ci il tarixli icra sənədinin və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin MTT (003)- 74/2022 nömrəl, 12 may 2022-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X6 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-528/2022 saylı, 28 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 16 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 dekabr 2021-ci il tarixdən hesablanaraq hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 15 fevral 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu Şəxs hal-hazıradək aliment borcundan tələbkara ödəniş etməmişdir. Borclu çağırışları gəlmədiyindən 21 fevral 2022-ci il tarixdə barəsində axtarış elan olunmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin MTT (003)-74/2022 nömrəl, 12 may 2022-ci il tarixli icra sənədinə əsasən X1 16 sentyabr 2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olmasına maneələr Şəxs qadağan edilməklə, mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin şənbə günü saat 11:00-dan saat 16:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 13 may 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Lakin borclu Şəxs tələbkarın uşaqla görüşməsinə maneçilik törədir. Borclu çağırışları gəlmədiyindən 08 iyul 2022-ci il tarixdə barəsində axtarış elan olunmuşdur. 14 noyabr 2022-ci il tarixdə icra sənədləri bir icraatda birləşdirilmişdir. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. 25 noyabr 2022-ci il tarixdə borclu Əbəlfəz adlı uşağı icra şöbəsinə gətirmiş, lakin uşaq anası ilə getməkdən imtina etmişdir. Bununla bağlı video çəkiliş aparılaraq akt tərtib olunmuşdur. Məhkəmə iclasında tələbkar X5 göstərdi ki, Şəxs 17 fevral 2022-ci il tarixdə uşağını aparmış və o, hal-hazıradək uşağını görə bilmir. 25 noyabr 2022-ci il tarixdə uşağı ona vermək istəmişlər, lakin uşaq ona gəlmək istəməmişdir. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, 11 aydır ki, oğlu Əbəlfəz onunla qalır və onun uşağın saxlanması üçün ondan aliment tutulmasından xəbəri olmamışdır. O, 25 noyabr 2022-ci il tarixdə uşağı anasına vermək üçün icra şöbəsinə gətirmiş, lakin uşaq təkidlə onunla qalmaq istədiyini bildirir və icra şöbəsində bununla bağlı video çəkiliş aparılmışdır. İcra məmuru isə bildirmişdir ki, psixoloq dəvət edəcək və o, həmin günü uşağı gətirməlidir. O, da icra məmuru ilə razılaşmışdır. O, məhkəmə qərarlarının icrasından boyun qaçırmamışdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 528/2022 saylı, 28 yanvar 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 16 sentyabr 2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 dekabr 2021-ci il tarixdən hesablanaraq hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin MTT(003)- 74/2022 nömrəl, 12 may 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, X1 16 sentyabr 2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olmasına maneələr Şəxs qadağan edilməklə, mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin şənbə günü saat 11:00-dan saat 16:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 25 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1681/2022 nömrəl, 08 sentyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən 16 sentyabr 2017-ci il təvəllüdlü X7 borclu Şəxs alınaraq tələbkar X3 verilməlidir. 25 noyabr 2022-ci il tarixdə borclu, tələbkar və uşaq Xəzər rayon İcra şöbəsinə dəvət olunmuşlar. Şöbədə olan zaman Rəmziyyə Sərxanzadəyə uşağı Əbəlfətlə söhbət etmək, həmçinin onu aparmaq üçün şərait yaradılmış, lakin uşaq anası ilə getməkdən imtina etmişdir. Proses videoçəkilişlə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs ondan uşağın saxlanması üçün aliment tutulması barədə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-528/2022 saylı, 28 yanvar 2022ci il tarixli icra sənədindən məlumatı olmadığından icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır. Bundan başqa uşaq 17 fevral 2022-ci il tarixdən etibarən borclu ilə birlikdə yaşayır. Bundan başqa borclu uşağı anasına vermək üçün İcra şöbəsinə gətirsə də, uşaq anası ilə getməkdən imtina etdiyi üçün bu barədə akt tərtib olunmuş və proses videoçəkilişlə qeydə alınmışdır. Borclu ananın uşağı ilə görüşməsinə maneçilik yaratmamışdır. Ona görə də, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1738/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1738/2022
25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver