Məhkəmə qərarları › İş №3(003)-1739/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1739/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1739/2024 09.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X6 bildirdi ki, Şəxs tərəfindən gətirilən malların saxta olduğu müəyyən edilmiş, həmçinin həmin malların saylarına və çeşidlərindən görünür ki, mallar satış məqsədilə gətirilmişdir. Bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, qol saatlarını satış məqsədilə gətirməmiş, özünün istifadə etməsi, hədiyyə etməsi məqsədilə gətirmişdir. Müvafiq bəyannamələri də gömrük orqanına təqdim etmiş və müvafiq ödənişləri etmişdir. Qol saatlarının orijinal olmaması barədə məlumatı olmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, 00800-00627/24 nömrəli protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci şöbədən Təhqiqat şöbəsinə daxil olan 3-33-3100/011/001757 nömrəli raportda **********6346 sorğu nömrəli gömrük bəyannaməsi əsasında bəyan edilmiş, Birləşmiş Ərəb X1 tərəfindən Şəxs adına göndərilən yüklərin gömrük rəsmiləşdirilməsi zamanı bəyannamədə göstərilən saatların orijinal olmasına dair şübhələr yarandığı bildirilmişdir. 3-33-3100/011/001757 nömrəli raporta qoşma olaraq əlavə edilən “sənədlərin tədqiqi, yüklərə baxış keçirilməsi və götürülməsi” barədə protokolda **********6346 sorğu nömrəli gömrük bəyannaməsi və ona əlavə edilən sənədlər tədqiq olunarkən sözügedən gömrük bəyannaməsinin 31-ci mal mövqeyində, malların təsviri hissəsində, həmçinin ona əlavə edilən xx.xx.2024-cü il tarixli invoys sənədində “Qol saatları üçün karton qutular — 4 qutu - X10” , “Copy watch Audemars Piguet” – 1 ədəd, “Copy watch Bulgari” - 1 ədəd, “Copy watch Breitling” — 2 ədəd, “Copy watch Cartier” – 5 ədəd, “Copy watch Hublot” — 3 ədəd, “Copy watch Rolex” — 9 ədəd olaraq təsvir edilən malların orijinal olmadığına dair şübhələr yarandığı, bu səbəbdən bu yüklərin araşdırma məqsədilə götürüldüyü əks olunmuşdur. 3-33- 3100/011/001757 nömrəli raportun icrası məqsədilə yuxarıda adları qeyd edilən predmetlər 3-33-3100/2-000625/2024 nömrəli məktubla kompleks məhkəmə texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması məqsədilə Ədliyyə Nazilriyinin Məhkəmə Ekspertzası Mərkəzinə təqdim edilmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixdə qeydə alınan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8-16-16/2-5/196-9/1235/2024 nömrəli məktubuna əlavə edilən ekspert vəsatətinə əsasən “Audemar Piguet”, “Bulgari”, “Beitling”, “Cartier”, “Hublot” və “Rolex” markalı saatlar üzrə mütəxəssisin ekspert qismində tədqiqata cəlb olunması xahiş olunmuşdur. Bu səbəbdən xx.xx.2024-cü il tarixli, 3-33-3100/2-001433/2024 məktubla 9 ədəd “Rolex” markalı qol saatlarının orijinallığını müəyyən edilməsi üçün rəy verilməsi məqsədilə "xxxx" MMC-yə, 3-33-3100/2-002021/2024 nömrəli məktubla 2 ədəd “Breitling” və 5 ədəd “Cartier” markalı qol saatlarının orijinallığını müəyyən edilməsi üçün rəy verilməsi məqsədilə "xxxx" MMC-yə müraciət olunmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində əsasən qol saatlarının orijinal olmasının şübhə doğurduğu, belə ki, saatların korpusu, siferblatı, qolbağı və bağlanan yerinin “Rolex” brendinə məxsus oxşar saatlardan fərqləndiyi bildirilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən mütəxəssis rəyi 3-33-3100/2-002476/2024 nömrəli məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilən 062-024 nömrəli mütəxəssis rəyində 2 ədəd “Breitling” və 5 ədəd “Cartier” markalı qol saatlarının tamamilə saxta olduğu bildirilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən mütəxəssis rəyi 3-33-3100/2-002653/2024 nömrəli məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunan və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixdə qeydə alınan 5/196-9/1235 nömrəli ekspert rəyinə əsasən təqdim edilmiş qol saatlarının orijinal olmadığının müəyyən edildiyi və bu qol saatlarının 1 ədədinin qiymətlərinin müvafiq olaraq “Audemars Piguet” — 80 manat, “Bulgari” — 50 manat, “Breitling” — 50 manat, “Cartier”-70 manat, “Hublot” — 100 manat, “Rolex” — 80 manat olduğu, beləliklə təqdim edilə qol saatlarının ümumi orta bazar qiymətinin 1600 manat olduğu, üzərində “X11” yazısı olan 4 ədəd boş qutu barəsində isə qiymətləndirmə aparılmasının mümkün olmadığı əks olunmuşdur. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -sənədlərin tədqiq edilməsi, yüklərə baxış keçirilməsi və götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli, **********6346 sorğu nömrəli gömrük bəyannaməsi əsasında bəyan edilmiş, Birləşmiş Ərəb X1 tərəfindən Şəxs adına göndərilən yüklərin gömrük rəsmiləşdirilməsi zamanı bəyannamədə göstərilən saatların orilinal olmasına dair şübhələr yarandığından həmin bəyənnamə üzrə təqdim olunmuş digər sənədlərə, həmçinin göndərilmiş yüklərə baxış keçirilmişdir. Baxış zamanı 1 yerdən ibarət olan, brutto çəkisi 0.8 kq təşkil edən və **********6346 sorğu nömrəli gömrük bəyannaməsi əsasında Şəxs adına bəyan edilən yüklərin 4 ədəd boş saat qutusundan, 1 ədəd “Audemars Piguet” markalı, 1 ədəd “Bulgari” markalı, 2 ədəd “Breitling” markalı, 5 ədəd “Cartier” markalı , 3 ədəd “Hublot”, 9 ədəd “Rolex” markalı qol saatlarından ibarət olduğu məlum olmuş, qol saatlarının orijinal qol saatlarına dair xüsusiyyətləri əks etdirmədiyi müşahidə edildildiyindən həmin yüklər qablaşdırılmış və protokol əsasında götürülmüşdür. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ərizəsindən görünür ki, o, həmin ərizədə bildirmişdir ki, ölkəyə idxal etdiyi mal istehsalı və ya satılması qadağan olunmuş mal deyildir. Gömrük orqanı onun idxal etdiyi malların qiymətinin invoys dəyərində şübhəsi olduğundan, həmin malların ekspertiza olunması haqqında qərar qəbul etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə X5 Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim etdiyi ekspert rəyinə əsasən, həmin qol saatlarının orta bazar dəyəri onun bəyan etdiyi invoys dəyəri ilə eynidir. Həmin malların idxalına görə Gömrük orqanı ondan bütün gömrük ödənişlərini də almışdır. Həmin malları satış məqsədi ilə idxal etməmişdir. Gömrük orqanı o halda barəsində protokol tərtib edə bilərki onun törətdiyi inzibati xəta Gömrük qaydaları əleyhinə olan inzibati xəta olsun. Gömrük orqanın təqdim etdiyi subutlardanda görünür ki, o, ümumiyyətlə heç bir inzibati xəta törətməmişdir. Bundan əlavə onu da bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38 və 38.1-ci maddəsinə əsasən Ticarət qaydaları əleyhinə olan inzibati xəta haqqında inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, malların ölkəyə idxal edildiyi müddət 08 yanvar 2024-cü ildir. Həmin vaxtdan 8 ay müddət keçdiyinə görə və yuxarıda yazılanları nəzərə alaraq barəsində icraatı aparılan inzibati xəta haqqında işə xitam verməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Birləşmiş Ərəb X1 tərəfindən Şəxs adına 4 ədəd boş saat qutusundan, 1 ədəd “Audemars Piguet” markalı, 1 ədəd “Bulgari” markalı, 2 ədəd “Breitling” markalı, 5 ədəd “Cartier” markalı, 3 ədəd “Hublot”, 9 ədəd “Rolex” markalı qol saatlarından ibarət yük göndərilmişdir. Göndərilən qol saatlarının orijinallığında şübhə yarandığından xx.xx.2024-cü il tarixdə həmin saatlar protokol əsasında gömrük orqanı tərəfindən götürülmüşdür. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsində həmin saatların orijinal olmaması, yəni saxta olması müəyyən edilmişdir. Bu halı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özüdə məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Eyni zamanda həmin qol saatlarının gətirilməsində məqsədin nə olması məsələsinə qiymət verərək məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında həmin saatların özünün istifadəsi üçün, hədiyyə etmək üçün gətirdiyini bildirsədə, gətirilən saatların sayının 21 ədəd olması və həmin qol saatları ilə birlikdə 4 ədəd boş saat qutusunun olması ona dəlalət edir ki, həmin saatlar şəxsi istifadə üçün deyil, özgəninkiləşdirməklə mənfəət əldə edilməsi məqsədilə Azərbaycan Respublikasına gətirilmişdir, yəni idxal edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, bu halla bağlı onun izahatı - tərəfindən törədilmiş inzibati xətadan yayınmaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Lakin məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta ticarət qaydaları əleyhinə olan inzibati xətalar aid olduğundan məhkəmə hesab edir ki, hazırki iş üzrə bu müddət ötürülmüşdür. Belə ki, işin hallarından görünür ki, Şəxs tərəfindən orijinal olmayan, yəni saxta olan qol saatları **********6346 nömrəli gömrük bəyannaməsi əsasında xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına idxal etmişdir. Yəni onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2024-cü (xx.xx.2024-cü) il tarixdə törədilmişdir. Həmin tarixdən isə inzibati tənbehin tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dörd ay müddət keçmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin Məcəllənin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənlərdən başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Şəxs tərəfindən idxal olunan mallar orijinal olmadığından, yəni saxta mallar olduğundan, qanunvericlikdə bu kimi malların idxal edən şəxsə qaytarılması nəzərdə tutulmadığından, həmçinin inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsi qənaətinə gəlinməsinə baxmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinin sanksiyasında imperativ qaydada saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə cərimə tənbeh tətbirinin tətbiq edilməsi nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, hazırki qərar qanuni qüvvəyə mindikdən sonra maddi sübut olan 4 ədəd boş saat qutusu, 1 ədəd “Audetmars Piguet” markalı, 1 ədəd “Bulgari” markalı, 2 ədəd “Breitling” markalı, 5 ədəd “Cartier” markalı, 3 ədəd “Hublot”, 9 ədəd “Rolex” markalı qol saatları dövlət nəfinə müsadirə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. 4 ədəd boş saat qutusu, 1 ədəd “Audetmars Piguet” markalı, 1 ədəd “Bulgari” markalı, 2 ədəd “Breitling” markalı, 5 ədəd “Cartier” markalı, 3 ədəd “Hublot”, 9 ədəd “Rolex” markalı qol saatları Dövlət nəfinə müsadirə olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar