Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-174/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Lerik rayonu, Çayrud kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Lerik rayonu, Çayrud kəndində qeydiyyatda olan, deməsinə görə Bakı şəhəri, Xəzər rayonu, Südçülük Sovxozunda yerləşən evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru X3 izahatında bildirdi ki, X4 şöbəyə şikayət ərizəsi ilə müraciət edərək, Şəxs onun təhqiramiz şəkildə nəlayiq ifadələr işlətdiyini bildirmişdir. Bu səbəbdən də, Şəxs polis bölməsinə gəlməsi məqsədi ilə onun istifadəsində olan mobil nömrəsinə zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmiş, sonra isə onun yaşadığı ünvana getmiş, lakin qapısı bağlı olmuş, sonra məcbur olub polis əməkdaşlarını onun yaşadığı ünvana göndərmişdir. İlkin polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək, bölməyə gəlməkdən imtina etmişdir. Həmçinin bildirmişdir ki, Şəxs rəsmi qaydada çağrış ünvanlamamışdır. Şəxs polis şöbəsinə məcburi gətirməkdə məqsədləri ondan ibarət olmuşdur ki, zərəçəkmiş şəxs Şəxs onu nəlayiq ifadələrlə təhqir etməsini, əgər onun zənglərinə və WhatsApp vasitəsilə yazmalarına cavab verməyəndə onun evinə gəldiyini bildirməsi səbəbindən sonuncunu təxirəsalınmaz şəkildə şöbəyə gətirmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, axşam saat 21 radələrində yaşadığı ünvana polis əməkdaşları gəlmiş, polis əməkdaşları Çiçək xanımı söyüb-təhqir etdiyini bildirmişlər, onlara ondan üzr istədiyini bildirmişdir. Polis əməkdaşları onu şöbəyə dəvət etmişlər, onların qanuni tələblərinə əməl edərək polis bölməsinə getmişdir. Həmin zaman polis əməkdaşlarının yanında nəlayiq ifadələr işlətməmiş, eləcə də, polis əməkdaşlarının çağrışlarına gəlməkdən imtina etməmişdir. Saat təxminən doqquz radələrində polis şöbəsinə gəlmişdir. X6 narahat etdiyi üçün üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş 3-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı X5 ifadəsində bildirdi ki, rəhbərliyinin göstərişi əsasında xx.xx.2025-ci il tarixdə, axşam saat 21 radələrində Şəxs yaşadığı ünvana getmişlər. Onu şöbəyə dəvət etmişlər, lakin sonuncu ərizəçinin gəlməsini tələb etmiş, lakin Şəxs dəfələrlə onlarla polis şöbəsinə getmələrinin zəruri olması təkid etdikdən sonra, ilkin olaraq getməkdən imtina etsə də, sonradan razılaşaraq könüllü şəkildə onlarla birlikdə şöbəyə getmişdir. Sonuncu aparılaan zaman nəlayiq ifadələr işlətməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Binə qəsəbəsində160-nın arxasında X2 ictimai yerdə təhqir edib, həmçinin polisin qanuni tələblərinə tabe olmamış, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 22:15-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarında Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəklətlərin edilməsi barədə hər hansı bir sübut mövcud deyil. Belə ki, işin hallarından müəyyən olunur ki, Şəxs ilə zərərçəkmiş şəxs Çiçək Qurbanova arasında yaranmış mübahisə onların şəxsi münasibətlərin irəli gələn mübahisə olmuş və bu mübahisə nəticəsində Şəxs tərəfindən edilmiş hərəkətlər ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunan hərəkətlər kimi qiymətləndirilə bilməz. Bundan başqa Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı etdiyi hərəkətlərin ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini yerinə yetirən və xidməti fəaliyyətini həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilməsi də mümkün deyil. Belə ki, məhkəmə bu qənaətinə gəlməyin əsaslarını qeyd edərək bildirir ki, polis əməkdaşı olan Yaqub Hüseynli ifadəsində Şəxs ilkin olaraq onların qanuni tələblərinə əməl etməyərək, polis şöbəsinə gəlməkdən imtina etməsini, sonradan isə dəfələrlə ona bildirmələrindən sonra sonuncunun könüllü olaraq şöbəyə gəlməsini bildirməsi, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilməsi qanunun prinsiplərinə ziddir. Eyni zamanda baş vermiş həmin hadisənin hallarından görünür ki, ona saxlanılmasının səbəbi izah edildikdən sonra polis əməkdaşlarının göstərişləri əsasında onların avtomobilinə əyləşmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Sonuncunun yaşadığı ünvanının qapısının bağlı olması, istərsə də mobil telefonunun sönülü vəziyyətdə olması özlüyündə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilməsini məhkəmə əsassız hesab edir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olması da müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad olunsun. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-174/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-174/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver