Məhkəmə qərarları › İş №3(003)-175/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-175/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-175/2021 22.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər rayon Məhkəməsini hakimi Hüseynli Hüseyn İnanc oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 inzibati tənbeh vermə haqqında haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından şikayət geri qaytarılmalıdır. Belə ki, X5 şikayət ərizəsində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ilə razılaşmadığını qeyd etmiş, lakin həmin qərarın və qərarın qəbul edilməsi üçün əsas olmuş inzibati xəta haqqında protokolun surətini şikayət ərizəsinə əlavə etməmişdir. Eyni zamanda məhkəmə şikayəti nəzərdən keçirərkən müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünün ünvan 1 ünvanında qeydiyyatda olduğunu qeyd etmişdir.Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şikayətə özünün həmin ünvanında qeydiyyatda olduğunu təsdiq edən heç bir mötəbər sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi qanunvericilik ümumi aidiyyət qaydasını məhz şikayət verən şəxsin rəsmi qeydə alındığı yeri nəzərə alaraq müəyyənləşdirmişdir. Lakin şikayət və ona əlavə edilmiş sənədlərdə X2 ünvan 1 ünvanında qeydiyyatda olmasını öz təsdiqini tapmır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 inzibati tənbeh vermə haqqında haqqında xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılmalı və X3 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 inzibati tənbeh vermə haqqında haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından X5 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılsın. X3 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hörmətli Ramin müəllim! Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 3(003)-583/2018 №-li inzibati xəta haqqında qərarı icra olunması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 oğlunun şəxsiyyəti ilə birlikdə Sizə göndərilir. Qoşma: qərarın və protokolun surətləri, tutma haqqında protokolun surəti, X8 oğlunun seriya AZE № 50503023 saylı şəxsiyyət vəsiqəsinin surəti. Hörmətlə, Hakim Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar