Məhkəmə qərarları › İş №3(003)-1750/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1750/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1750/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01095 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsi barədə X1 şikayətini nəzərdən keçirərək, müəyyən etdim: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01095 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-3891/2024 saylı qərardadına əsasən şikayətin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət, material ilə birlikdə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin tarixdə X1 nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək şikayətin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirdikdən sonra hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət baxılması üçün icraata qəbul edilənək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermiş şəxsin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən həmin şikayət baxılmasına olan zərurət aradan qalxmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01095 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsi barədə X2 tərəfindən verilmiş şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar