Məhkəmə qərarları › İş №3(003)-1751/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1751/2022

25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1751/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə Şəxs xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 17 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-220/2022 saylı, 11 yanvar 2022-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-220/2022 saylı, 11 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 53000 manat alınaraq Zərərçəkmiş şəxs qızına ödənilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 07 aprel 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə 29 aprel 2022-ci il tarixdə 9000 manat, 04 avqust 2022-ci il tarixdə isə 970 manat ödəniş etmişdir. Məhkəmə tərəfindən barışıq üçün verilmiş müddət ərzində borclu 3000 manat ödəniş etmiş və tələbkar ilə hər ay 500 manat ödəməsi barədə razılığa gəlmişdir. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, icra sənədi üzrə borcu birdəfəlik ödəmək imkanı yoxdur. O, tələbkara icra sənədi üzrə ümumilikdə 13000 manat ödəniş etmiş və 40000 manat borcu qalmışdır. Qalan borcu isə hər ay 500 manat ödəmək barədə tələbkarla razılığa gəlmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 220/2022 saylı, 11 yanvar 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 53000 manat alınaraq Zərərçəkmiş şəxs qızına ödənilməlidir. İş materiallarına əlavə olunmuş tələbkar Zərərçəkmiş şəxs qızının 25 noyabr 2022ci il tarixli ərizəsinin surətindən görünür ki, borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-220/2022 saylı, 11 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən ona 13000 manat ödəniş etmiş, qalan borcu isə hər ay minimum 500 manatdan az olmayaraq hər ayın 10-u dediyi vaxtda ödəyəcəkdir. Həmçinin onun bu qaydada ödəniş etməsinə etiraz etmir, yetər ki, dediyi vaxtda ödənişini etsin. İş materiallarına əlavə olunmuş 25 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, tələbkar Zərərçəkmiş şəxs qızı Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-220/2022 saylı, 11 yanvar 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 3000 manat məbləğində pulu qəbul etmişdir. Qalıq borc 40000 manat təşkil edir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədi üzrə qismən ödəniş edərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-220/2022 saylı, 11 yanvar 2022-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Hazırda isə 3000 manat məbləğində pul ödəmiş və tələbkarla qalan borcu hər ay minimum 500 manatdan az olmayaraq hər ayın 10-u ödəmək barədə razılığa gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar