Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-176/2021 04.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə X2 barəsində Bakı şəhər Dövlət Yol Patrul Xidmətinin İXP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayət ərizəsinə Bakı şəhərində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X2 barəsində Bakı şəhər Dövlət Yol Patrul Xidmətinin İXP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi və bununla bağlı ərizə təqdim etdi. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X3 şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 barəsində Bakı şəhər Dövlət Yol Patrul Xidmətinin İXP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-176/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-176/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver