Məhkəmə qərarları › İş №3(003)-176/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-176/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-176/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 dekabr 2022-ci il tarixli protokola əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində 26 saylı BŞX-nın qarşısında yerləşən Şəxs MMC-yə məxsus aptekdə 23 dekabr 2022-ci il tarixdə, saat 11:45-də aptek təşkilatlarına dair tələblərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi aşkar olunmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının qarşısında yerləşən Şəxs MMC-yə məxsus aptekdə 11 oktyabr 2022-ci il tarixdə, saat 12:15-də sertifikasiyadan keçməyən şəxsin əczaçılıq fəaliyyətinə buraxılması aşkar olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmənə dair MN seriyalı ******* nömrəli, 11 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 3(003)- 1659/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə olunmuşdur. 23 dekabr 2022-ci il tarixdə, saat 11:45-də yenidən yoxlama aparılarkən Şəxs MMC-yə məxsus aptekdə aptek təşkilatlarına dair tələblərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi aşkar olunduğuna görə barəsində MN seriyalı ******* nömrəli, 23 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və 18 yanvar 2023-cü il tarixdə Şəxs MMC-nin direktoru Elçin Sadıqov elektron ərizə göndərərək protokolla razı olduğunu, iş çoxluğu ilə məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və aşağı həddə cərimə təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində 26 saylı BŞXnın qarşısında yerləşən Şəxs MMC-yə məxsus aptekdə 23 dekabr 2022-ci il tarixdə, saat 11:45-də aptek təşkilatlarına dair tələblərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi aşkar olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 452.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Publik hüquqi şəxsin 663 nömrəli, 23 dekabr 2022-ci il tarixli Pərakəndə satış əczaçılıq müəssisələrinin plandankənar yoxlama aktından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində 26 saylı BŞXnın qarşısında yerləşən Şəxs MMC-yə məxsus aptekdə 23 dekabr 2022-ci il tarixdə, saat 11:45-də aptek təşkilatlarına dair tələblərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-1659/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının qarşısında yerləşən Şəxs MMC-yə məxsus aptekdə 11 oktyabr 2022-ci il tarixdə, saat 12:15-də sertifikasiyadan keçməyən şəxsin əczaçılıq fəaliyyətinə buraxılması aşkar olunduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cərimə məbləğinin yüksək olmasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 452.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tətbiq olunmalıdır. Eyni zamanda Şəxs MMC-nə izah edilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar