Məhkəmə qərarları › İş №3(003)-176/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-176/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-176/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, evli, himayəsində 1 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X3 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, o, 90 km/saat sürətdə nəzərdə tutulmuş yol hissəsində ötmə əməliyyatını həyata keçirdikdən sonra yolun sağ hissəsinə keçir və dayanma əməliyyatını həyata keçirdiyi vaxt yolun 70 km/saat sürətdə nəzərdə tutulmuş yol hissəsində arxadan gələn avtomobil ona dəymiş və onun idarə etdiyi avtomobil dayanacağa çırpılmışdır. Məhkəmə iclaslarında iştirak etmiş Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə “Dacia Logan” markalı avtomobil yük avtomobilin qarşısına çıxmış, arxadan gələn yük avtomobil ona dəymiş və “Dacia Logan” markalı avtomobil bundan sonra duracağa çırpılmış və ona dəymişdir. Nəticədən dizin bağı zədələnmiş, telefonu sınmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də şikayətçidir. Məhkəmə iclaslarında iştirak etmiş Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş, o, yük avtomobilini yolun 70 km/saat sürətdə nəzərdə tutulmuş sağ tərəfdə idarə etmişdir. Ötmə əməliyyatı həyata “Dacia Logan” markalı avtomobil ötəmə əməliyyatını tam bitirmədən onun qabağına keçərək ümumi avtomobillərin dayanacağında dayanmaq istəmiş, o da avtmobilini bacardığı qədər qaçırtmış lakin onun idarə etdiyi avtomobil həmin avtomobilə dəymişdir. İş üzrə verilmiş birinci qərar hadisənin görüntüsünə baxış keçirilmədən qəbul edilmiş, onlar tərəfindən şikayət olunduqdan sonra ikinci dəfə hadisənin görüntülərinə baxış keçirilməklə qərar qəbul edilmişdir. Hadisə manevretmə qaydaları pozulduğundan baş vermiş, o cümlədən “Dacia Logan” markalı avtomobilin sürücüsü tərəfindən sərnişinlərin minib-düşmək qaydaları da pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Dacia” markalı, ** FL *** dövlət nömrə nişanlı avtomobilinin sürücüsü Şəxs Hümbət oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü Şəxs Hümbət oğlunun barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin X7 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şəxs idarə etdiyi “Daçia” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu Buzovna qəsəbəsi istiqamətindən Şağan qəsəbəsi istiqamətində 2-ci zolaqla hərəkət edərək onunla eyni istiqamətdə yolun 1-ci zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “İsuzu” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ötmüş və anidən həmin avtomobilin qarşısına yəni yolun 1-ci zolağına keçərək avtomobilini yavaşlatmış, Zərərçəkmiş şəxs2 idarə etdiyi “İsuzu” markalı 90-ЈО-552 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq sağ hissəsi ilə Daçia markalı **-FL-*** avtomobilin sol arxa hisəsindən vuraraq avtomobil yolun kənarındakı səkiyə qalxaraq avtobus duracağına çırpılmasına və orada dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs1 yüngül dərəcəli xəsarət almasına səbəb olmuşdur. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1376 nömrəli ekspert rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ göz almasının ağlı qişasının qansızması, sağ göz orbitinin qançırı aşkar edilmiş, xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X4” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3540 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən Dacia Logan markalı 77FL921 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 4-cü hissəsinin 7-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. X8 markalı avtomobil dayanmış vəziyyətdə olarkən İsuzu markalı avtomobilin onunla toqquşması nəzərə alınaraq sürücü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 4-cü hissəsinin 7-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsüsi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala təhqiqat orqanı, yaxud məhkəmə tərəfindən qiymət verilə bilər. Təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən İsuzu markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. -diskə baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DVD diskdə olan 1-ci videogörüntüdən görünür ki, Buzovan qəsəbəsi istiqamətindən Dacia Logan markalı avtomobil 2-ci zolaqla gəlir və 1-ci zolağa keçirərək yavaşlaşır. Elə həmin vaxt da İsuzu markalı yük avtomobil sükanı sola doğru döndərir, lakin Dacia markalı avtomobilin arxa sol hissəsindən vurur. Daha sonra Dacia markalı avtomobil yolun kənarına çıxaraq yolun kənarındakı avtobus duracağına dəyir və dayanır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2023-ci il tarixdə saat 11 radələrində Şəxs idarə etdiyi “Dacia Logan” minik markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu Buzovna qəsəbəsi istiqamətindən Şağan qəsəbəsi istiqamətində 2-ci zolaqla hərəkət edərək onunla eyni istiqamətdə yolun 1-ci zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “İsuzu” markalı ** JO *** dövlət qeydiyyat nişanlı yük avtomobilini ötmüş və anidən həmin avtomobilin qarşısına keçərək avtobus dayanacağının qarşısında 1-ci zolaqda avtomobilin sürətini dayandırma həddində azaltdığından 1-ci zolaqda Zərərçəkmiş şəxs2 idarə etdiyi “İsuzu” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı yük avtomobilin qabaq sağ hissəsi ilə “Dacia Logan” minik markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsindən vurmuş, Şəxs idarə etdiyi “Dacia Logan” minik markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarındakı səkiyə qalxaraq avtobus duracağına çırpılmış və orada dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 yüngün dərəcəli bədən xəsarəti yetirilmişdir. Bununla da müəyyən olunur ki, Şəxs yol hərəkəti qaydalarının pozması səbəbindən yol nəqliyyat hadisəsi baş vermiş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 55.1 və 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X6 göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X6 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar