Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-176/2025 06.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin ünvanına Gürcüstandan 99UG801/99ZK810 nömrəli nəqliyyat vasitəsində daxil olmuş mallar xx.xx.2024-cü il tarixli **********0794 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin elektron formada qısa idxal bəyannaməsi həmin yüklər gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına verilməmişdir. Buna görə də Şəxs MMC barəsində 15 yanvar 2025-ci il tarixli 00100-00158/25 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi F.A.Azadəliyev əməli etiraf etməyərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi və etiraz ərizəsinin məzmununa uyğun izahat verdi. Şəxs MMC-nin direktoru Abbas İsmayılov məhkəməyə etiraz ərizəsi təqdim edərək orada göstərmişdir ki, xx.xx.2025-ci il tarixli EP No ******* saylı **********/25 nömrəli Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X5 tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinə daxil olmuş 3-33- 1100/012/035388 saylı xx.xx.2024-cü il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, AZ1044, Bakı ş. Xəzər rayonu, Mərdakan ŞTQ R.Qasımov küçəsi ev 70A. m 16 qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********) ünvanına Gürcüstandan 99 UG801/99ZK810 nömrəli nəqliyyat vasitəsində daxil olmuş malların **********0794 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən yüklərə dair qısa idxal bǝyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Nəticədə gömrük qaydaları əleyhinə inzibati xəta baş verilməsi protokola qeyd edilmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin ünvanına Gürcüstandan daxil olan və **********0794 sorğu nömrəli xx.xx.2024-cü tarixli gömrük bəyanaməsi ilə bəyan edilən malların daşındığı 99UG801/99ZK810 nömrəli nəqliyyat vasitəsinin ölkə ərazisinə xx.xx.2024-cü il tarixində saat 16:02-də daxil olduğu, həmin mallara dair tərtib edilmiş **********7463 saylı qısa idxal bəyannaməsinin isə xx.xx.2024-cü il tarixdə rəsmiləşdirmək üçün göndərildiyinin məlum olunduğu qeyd edilmişdir. Danılmaz faktdır ki, Şəxsnə qarşı verilən inzibati tənbeh tələbinin əsaslı hesab edilməsi ümumiyyətlə qəbul edilən deyil. Çünki Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X5 tərəfindən inzibati xəta haqqında protakolu tam əsassız və qanunsuzdur. 99UG 801 qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində saat 16:02:21 radələrində malları daxil eləmək üçün qeydiyyata durmaq vaxtı və yeri olmamışdır. Bu faktı çəkilmiş fotolarda öz əksini tapır. Nəqliyyat və malların qeydiyyatdan keçmǝ vaxtı xx.xx.2024-cü il saat 16:26:48 başlamış, verilmiş ştrix kodlarda nəqliyyat vasitələrinin qeydiyyat kodunda vaxtın 16:26 və 16:27 olduğu bir daha fotolarda açıq-aşkar görünür. Həmçinin gömrük bǝyannaməsi üzrə Elektron çıxarışın GB-nin rəsmiləşdirilməsi barədə elektron jurnalda əməliyyat tarixi və vaxtı xx.xx.2024;14:52:09-- 04:12.2024;15:17:43 göstərilmişdir. Deməli mallara dair tərtib edilmiş qısa idxal bəyannaməsi iddia tərəfinin təsdiq etdiyi kimi saat 15:17-də olmuşdur. Eləcə də, malların qeydiyyatdan keçmə ştrix koda saat 16:27 qeyd olunduğunu nəzərə alaraq saat 15:17 qısa idxal bəyamnaməsinin rəsmiləşdirilməsinə nəzər yetirilsə aradakı fərq 1 saat 10 dəqiqə oldugu məlum olur. Əlavə olaraq yuxarıda qeyd etdiyi qanun pozuntuları ilə yanaşı N 00100-00158/25 İnzibati xəta haqqında protokol tərtib edilərkən protokolu tərtib edən vəzifəli şəxs baş təhqiqatşı gömrük kapitanı X6 tərəfindən prosesual qanun pozuntularına yol verilmişdir. Belə ki, barəsində İX haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə ), habelə İX haqqında iş üzrə icraatın bütün iştirakçılarına Az.Resp.İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmalı, lakin izah olunmadan şablon xarekterli tanışlıq imzasını etməyi nümayəndələrinə məcbur etmişdir. Bundan başqa nümayəndələrinə məcbur edərək özünün ifadələrinə uyğun izahat yazılmasını məcbur etmişdir. Eləcə də, səlahiyyətli nümayəndənin elədiyi hərəkətlər vəzifəsindən sui-istifadə edilməsi deməkdir. Bu da kobud hüquq pozuntusu deməkdir. "xxxx" MMC-nin nümayəndəsi X4 protokolda öz irad və nöqsanlarını qeyd etmək istəyərkən təhqiqatçı tərəfindən icazə verilməmişdir. Eləcə də, şirkətləri beş ildən artıqdır ki, hüquqi şəxs qismində sahibkarlıq fəaliyyətiylə məşğuldur. Fəaliyyətlərinin əsasını ölkələrinə toyuq, ǝt, damazdıq, yumurta məhsullarını idxal etmək bununla yanaşı ölkədə qida təhlükəsizliyinə, işsizliyin azadılmasına dəstək məqsədilə toyuq istehsalı ilə də məşğuldur. Fəaliyyətləri dövründə belə bir halla ilk dəfədir ki, rastlaşırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarında olan sənədləri, hüquqi şəxsin nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməli və Şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin 99UG801/99ZK810 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş **********0794 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmayıb. İnzibati xəta haqqında protokolda Bakı Baş Gömrük İdarəsində **********0794 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99UG801/99ZK810 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 16:02 radələrində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildiyi qeyd edilmişdir. İş materiallarında olan Gömrük Xidmətinin Vahid X1 çıxarışdan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********0794 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99UG801/99ZK810 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 16:26 radələrində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, tərtib edilmiş protokol əsassızdır. Belə ki, Gömrük Xidmətinin Vahid X1 çıxarışdan müəyyən edilir ki, nəqliyyat vasitəsi ölkə ərazisinə xx.xx.2024-cü il tarixdə saat 16:26-da gətirilmişdir. Qısa idxal bəyannaməsi isə saat 15:17-də göndərilmişdir (1 saat 09 dəqiqə qalmış). İnzibati xəta haqqında protokolda isə əsassız olaraq nəqliyyat vasitəsinin ölkə ərazisinə xx.xx.2024-cü il tarixdə saat 16:02-də gətirildiyi qeyd edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalıdır. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsinin olması müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin və Şəxs MMC inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-176/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-176/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver