Məhkəmə qərarları › İş №3(003)-1760/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1760/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1760/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Cəbrayıl rayonunun Qaracallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2, mənzil 61 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504 və 508-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 504 və 508-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00800-00657/24 nömrəli, xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, aşkar edilmiş malları, yəni çaşqaları, siqaretləri və telefonu Moskva şəhərində yaşayan Ruslan adlı dostu onu göndərmişdir. Çaşqaları və siqaretləri hədiyyə kimi göndərmiş, telefonu isə hər ay pulunu ödəmək şərtilə göndərmişdir. Ruslan malları Moskva şəhərindən gələn bir şəxs vasitəsilə göndərmiş və o, həmin malları hava limanından həmin şəxsdən almışdır. Malların isə gömrük orqanına bəyan etməli olduğunu bilməmişdir. Hazırda məhkəmədən cərimə olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, gönərilən malların rəsmiləşdirilməsi zamanı rüsumların ödənilməsi üçün onun maddi imkanı yoxdur. Ona görə də həmin malların geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazmi qaydada məlumat göndərilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilməli, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: - 00800-00657/24 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 28 iyul 2024-cü il tarixdə gömrük nəzarəti qaydasında gömrük orqanına bəyan olunmamış, gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış malların Azərbaycan Respublikası vətəndaşı tərəfindən Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərdən yığılması müşahidə edilmiş, Bakı şəhəri, H.X1 Terminal 1 gəliş zonasının dayanacağında həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı Şəxs olduğu müəyyən edilərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət edilmiş, “İphone 15 Pro Max" markalı mobil telefonun kamerasından istifadə edilərək videoçəkilişlə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında xx.xx.1993-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs məxsus qara rəngli üzərində “BATTİSTA” yazısı olan sellofan torbaya yoxlama tətbiq edilmiş, yoxlama zamanı Şəxs məxsus qara rəngli üzərində “BATTİSTA” yazısı olan sellofan torbanın içərisində 6 ədəd üzərində “925” yazısı olan 6 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində balıq rəsmi olan çaşqa, üzərində “925” yazısı olan 1 ədəd sarı rəngli metaldan hazırlanmış çəngəl, üzərində “X13” sözləri yazılmış 2 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla, ümumilikdə 20 qutu, 400 ədəd Azərbaycan Respublikası Aksiz markası olmayan siqaret, 1 ədəd **********88994 və **********06559 İMEİ koda malik İphone 13 128 GB markalı mobil telefon olduğu müəyyən edilərək araşdırma məqsədi ilə götürülmüşdür. Araşdırma zamanı Şəxs izahatında bildirmişdir ki, 28 iyul 2024-cü il tarixdə Rusiyada yaşayan dostu azərbaycanlı, lakin Rusya Federasiyası vətəndaşı Ruslan ona pay olaraq 6 ədəd fincan 1 ədəd çəngəl göndərmək istədiyini bildirmişdir. O da əlavə olaraq 2 blok Parlament siqareti, 1 ədəd İphone 13 128 GB markalı mobil telefon almasını pulunu sonra göndərəcəyini xahiş etmişdir. Ruslan ondan necə göndərəcəyini bildirdikdə təyyarə ilə gələn Azərbaycan Respublikası vətəndaşlarına verməsini, şəkillərini ona vatsap proqramı vasitəsi ilə göndərməsini xahiş etmişdir. Dostu Ruslan da bu cür etmiş və həmin şəxsin şəklini ona göndərmiş və bildirmiş ki, həmin şəxs Moskva-Bakı Aviareysi ilə gələcəkdir. Həmin şəxsi tanımır, çaşqaları, siqareti və telefonu götürdükdən sonra şəkilini silmişdir. Çaşqa telefon və siqaretləri götürdükdən sonra Bakı şəhəri, H.X1 Terminal 1 gəliş zonasının dayanacağına doğru hərəkət etmişdir. Orada gömrük əməkdaşları ona yaxınlaşaraq onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət etmişlər. Ona məxsus qara rəngli sellofan torbaya “İphone 15 Pro Max” markalı mobil telefonun kamerasından istifadə edilərək videoçəkilişlə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında yoxlama tətbiq edilmişdir. Yoxlama zamanı ona məxsus qara rəngli üzərində “BATTİSTA” yazısı olan sellofan torbanın içərisində 6 ədəd üzərində “925” yazısı olan 6 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində balıq rəsmi olan çaşqa, üzərində “925” yazısı olan 1 ədəd sarı rəngli metaldan hazırlanmış çəngəl, üzərində “X13” sözləri yazılmış 2 blok, hər blokda 10 Tutu, hər qutuda 20 ədəd olmaqla, ümumilikdə 20 qutu, 400 ədəd Azərbaycan Respublikası Aksiz markası olmayan siqaret, 1 ədəd **********88994 və **********06559 İMEİ koda танк İphone 13 128 GB markalı mobil telefon olduğu müəyyən edilmişdir. Şəxs, ona göndərilən malların bəyan edilməli olduğunu bilmirmiş və bu səbəbdən də protokolu imzalamamışdır. Gömrük əməkdaşı bununla bağlı qeyd yazmışdır. Araşdırma zamanı X7 izahatında bildirmişdir ki, 2017-ci ildən gömrük orqanlarında xidmət edir. X6 Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən Bakı şəhəri, H.X1 Terminal 1 gəliş zonasının dayanacağında gömrük orqanına bəyan olunmamış, gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış malların Azərbaycan Respublikası vətəndaşı tərəfindən Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərdən yığılması müşahidə edilmiş, həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı Şəxs olduğu müəyyən edilərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət edilmiş, “İphone 15 Pro Max” markalı mobil telefonun kamerasından istifadə edilərək videoçəkilişlə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında xx.xx.1993-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə təhkim edilmiş “Azərterminalkompleks” Birliyinin inspektoru, X5, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə təhkim erdilmiş “Azərterminalkompleks” Birliyinin baş inspektoru X4 iştirakı ilə Şəxs məxsus qara rəngli üzərində “BATTİSTA” yazısı olan sellofan torbaya yoxlama tətbiq etmişdir. Yoxlama zamanı Şəxs məxsus qara rəngli üzərində “BATTİSTA” yazısı olan sellofan torbanın içərisində 6 ədəd üzərində “925” yazısı olan 6 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində balıq rəsmi olan çaşqa, üzərində “925” yazısı olan 1 ədəd sarı rəngli metaldan hazırlanmış çəngəl, üzərində “X13” sözləri yazılmış 2 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla, ümumilikdə 20 qutu, 400 ədəd Azərbaycan Respublikası Aksiz markası olmayan siqaret, 1 ədəd **********88994 və **********06559 İMEİ koda malik İphone 13 128 GB markalı mobil telefon olduğu müəyyən edilmişdir. X3 izahatında qeyd etdiyi xüsusatları X5 və X8 da öz izahatlarında təsdiq etmişlər. Material üzrə 30 iyul 2024-cü il tarixdə “kompleks məhkəmə fiziki-kimyəvi, bioloji və əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi haqqında” qərar qəbul edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 9 avqust 2024-cü il tarixli 3-16-xx/xx/3933-7/1259-9/6247 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumilikdə dəyəri təxminən 5270 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs götürülmüş mallar bəyan edilməmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizəsindən görünür ki, o, həmin ərizədə iş üzrə cərimə olunacağı təqdirdə ona göndərilmiş malların geri qaytarılması üçün ona təhvil verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 508-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə- aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına Beynəlxalq Hava limanı vasitəsilə Moskva şəhərindən digər şəxs tərəfindən gətirilmiş və müvafiq qaydada gömrük orqanına bəyan edilməmiş 6 ədəd üzərində “925” yazısı olan 6 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində balıq rəsmi olan fincan, üzərində “925” yazısı olan 1 ədəd sarı rəngli metaldan hazırlanmış çəngəl, üzərində “X13” sözləri yazılmış 2 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla, ümumilikdə 20 qutu, 400 ədəd Azərbaycan Respublikası Aksiz markası olmayan siqaret, 1 ədəd **********88994 və **********06559 İMEİ koda malik İphone 13 128 GB markalı mobil telefon Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən əldə edilmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs törətdiyi inzibati xəta əməli gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilmiş həm 6 ədəd fincana, 1 ədəd çəngələ, mobil telefona, həmdə aksiz markası ilə markalanmalı, lakin belə marka ilə markalanmamış siqaretlərə münasibətdə tam olaraq İXM-in 504-cü maddəsi ilə əhatə olunur. Bu zaman həmçinin məhkəmə qeyd edir ki, gətirilmiş siqaretlər Şəxs tərəfindən deyil başqa şəxs tərəfindən ölkə ərazisinə gətirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddədə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlar əsasən, törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 504cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (5270 manatın) qırx faizi məbləğdə, yəni 2108 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: - 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. -115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir; -115.4.3-cü maddəsinə əsasən maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir; -115.4.4-cü maddəsinə əsasən alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən əldə edilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı müvafiq rüsumların ödənilməsi üçün maddi imkanının olmaması səbəbindən həmin malların geri qaytarılması barədə qərar qəbul edilməsinə dair xahişi nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ədalətli qərar qəbul edilməsi məqsədilə həmin mallar, yəni 6 ədəd üzərində “925” yazısı olan sarı rəngli metaldan hazırlanmış, üzərində balıq rəsmi olan fincan, üzərində “925” yazısı olan 1 ədəd sarı rəngli metaldan hazırlanmış çəngəl, 1 ədəd **********88994 və **********06559 İMEİ koda malik İphone 13 128 GB markalı mobil telefon gömrük nəzarəti altında Azərbaycan Respublikasından çıxarılması (geri qaytarılması) üçün Şəxs verilməli, üzərində “X13” sözləri yazılmış 18 qutu, Azərbaycan Respublikası Aksiz markası olmayan siqaret isə dövlət nəfinə müsadirə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (5270 manatın) qırx faizi məbləğdə, yəni 2108 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Maddi sübut kimi götürülmüş 6 ədəd üzərində “925” yazısı olan sarı rəngli metaldan hazırlanmış, üzərində balıq rəsmi olan fincan, üzərində “925” yazısı olan 1 ədəd sarı rəngli metaldan hazırlanmış çəngəl, 1 ədəd **********88994 və **********06559 İMEİ koda malik İphone 13 128 GB markalı mobil telefon gömrük nəzarəti altında Azərbaycan Respublikasından çıxarılması (geri qaytarılması) üçün Şəxs verilsin, üzərində “X13” sözləri yazılmış 18 qutu, Azərbaycan Respublikası Aksiz markası olmayan siqaret isə dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 210 (iki yüz on) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar