Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1762/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, “Diyeska 4” ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyək izahatında qeyd etdi ki, barəsində protokol tərtib edildiyi vaxtı sərxoş olmamışdır. 06 avqust 2024-cü il tarixdə saat 08:25 radələrində işə getdiyi zaman Qala qəsəbəsində yol polis əməkdaşı onu saxlayaraq avtomobilinin arxa stopunun işləmədiyini bildirmişdir. O da bunu aradan qaldıracağını bildirmişdir. Daha sonra polis əməkdaşı ondan sənədlərini istəmiş oda sənədləri polis əməkdaşına təqdim etmişdir. Ondan içkili olduğunu soruşduqda içkili olmadığını bildirmişdir. Polis əməkdaşı ondan həkimə getməyə ehtiyacının olmadığını soruşduqda o, içkili olmadığını və həkimə getməyə ehtiyacın olmadığını bildirmişdir. Lakin yol polis əməkdaşı onu aldatmış barəsində protokol tərtib etmiş və avtomobilini dayanacağa aparmışdır. Barəsində sərxoşluqla bağlı protokolun tərtib edildiyi anlayanda o gedib müvafiq müayinədən keçmiş və sərxoş olmadığı müəyyən edilmişdir. Həmçinin bildirdi ki, saxlanıldığı vaxtdan əvvəl spirtli içki qəbul etməmişdir. O, alkotestdən keçmiş, üfürmüşdür. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolda olan “Həkimə ehtiyac yoxdur, xahiş edirəm məni nəzərə alın. X4 alko testindən qanuni şəkildə keçdim” yazıları onun tərəfindən yazılmış və imzalanmışdır. Hazırda hesab edir ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Həmçinin Şəxs etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Xəzər rayonu Qala qəsəbəsi istiqamətində işə gedərkən saat 08:25 radələrində DYP əməkadaşı tərəfindən saxlanılmış, hansı səbəbdən saxlanıldığını soruşanda arxa stopun yanmadığı bildirilmişdir. İşdən sonra düzəltdirəcəyini qeyd etmişdir. Daha sonra ona sərxoş olduğunu bildirmişlər, o da həkimə gedək deyə bildirmişdir. Etirazına bildirmişlər ki, ehtiyac yoxdur. Onlar ona inanırlar. Daha sonra ona "siftə" verməyini demişlər. O, da fəhlə adamdır pulu olmadığını bildirmişdir. Sonra akt tərtib etmişlər və ona imza etdirmişlər. Soruşanda nə C aktıdır demişlər ki, imzala onlarla gedir və maşınını da cərimə a meydançasına qoymuşlar. Nə qədər etiraz etsədə demişlər ki, m mümkün deyil. Oradan çıxan kimi tibbi müayinə üçün Narkoloji S mərkəzə getmişdir. Tərtib olunmuş protokoldan da görünür ki, saat c 11:20-də müayinə olunmuşdur. Heç bir sərxoşluq halı müəyyən a edilməmişdir. DYP əməkdaşı tərəfindən aldadılmışdır. n Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq inzibati xəta haqqında n protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin er səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçısının izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 08:25-də “Mercedes Benz C220” minik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -“sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli protokoldan görünür ki, həmin protokol, Şəxs iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 08:24-də ondan ötrü tərtib edilmişdir ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Ace-Z” markalı, 642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmiş və Şəxs spirtli içki qəbul etməsi müəyyən edilmişdir. Həmçinin həmin protokoldan görünür ki, həmin protokol Şəxs tərəfindən imzalanmış və protokolda onun tərəfindən “Həkimə ehtiyac yoxdur, xahiş edirəm məni nəzərə alın. X4 alko testindən qanuni şəkildə keçdim” sözləri yazılmışdır. - 642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 08:22-də Şəxs aşkar edilmiş alkoqol miqdarı 0,418 % olmuşdur. İş materiallarına əlavə edilmiş “sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” 2/42392 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:20-də aparılmış müayinə zamanı Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2 məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, xx/xx-11439 nömrəli məktubdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:20-də sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinədən keçmiş və müayinənin nəticəsi ayıq olmuşdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək qeyd edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:22-də avtomobili sərxoş halda idarə etməsi halının sübutu kimi tərtib edilmiş protokollar və 642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisi qəbul edilməlidir. Belə ki, həmin sübutların əksinə dəlalət edən mötəbər bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli protokoldan görünür ki, xüsusi texniki vasitədən istifadə edilməklə Şəxs müvafiq alkoqol testindən keçmiş və həmin vasitənin göstəricisinə əsasən onda 0,418 % dərəcəsi miqdarında alkoqol aşkar edilmişdir. Özü də həmin protokolu imzalamaqla müqavfiq qaydada alkoqol testindən keçdiyi qeyd etmişdir. Həmin protokolda olan qeydləri məhkəmə iclasında mübahisələndirməməklə tərəfindən yazıldığını və imzalandığını bildirmişdir. Bu zaman həmçinin məhkəmə qeyd edir ki, sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdilməsi və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmasını barədə qeyd olunan protokolda Şəxs tərəfindən hər hansı bir qeyd aparılmamışdır. Ona görə də məhkəmə Şəxs məhkəmə iclasında barəsində tərtib edilmiş protokola etirazına və bildirdiklərinə şübhə ilə yanaşmaqla bu halın onun inzibati məsuliyyətdən yayınması kimi qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş “sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” 2/42392 nömrəli, xx.xx.2024-cü il tarixli protokolun isə Şəxs yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanıldığı vaxtı sərxoş vəziyyətdə olmamasının sübutu kimi qəbul edilməsini mümkün hesab etmir. Belə ki, Şəxs tərəfindən spirtli içkinin qəbul edildiyi anı, onun yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanıldığı vaxt və daha sonra özü tərəfindən birbaşa müvafiq müayinədən keçdiyi vaxt nəzərə alındıqda görünür ki, Şəxs müəyyən vaxt əvvəl spirtli içki qəbul etdikdə onun sonuncu müayinədən keçdiyi vaxtda ayıq olmasının müəyyən olunması qəbul edilən haldır. Lakin bu hal, onun yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanıldığı vaxtı sərxoş vəziyyətdə olmaması anlamına gəlmir və bu hal ağlabatan deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərtib edilmiş protokol əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1762/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1762/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver