Məhkəmə qərarları › İş №3(003)-1769/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1769/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1769/2024 18.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə 02 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər Rayonunun Qala kəndi ərazisində “Qaz 53A xüsusi təyinat” markalı **-EV-*** nömrəli qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə çirkab suları boş torpaq sahəsinə axıdılması müəyyən edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 izahatında göstərdi ki, Nazirliyin qaynar xəttinə şikayət daxil olduğundan, həmin əraziyə baxış keçirilmiş və həqiqətən çirkab suların axıdılması müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edir. Həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər Rayonunun Qala kəndi ərazisində “Qaz 53A xüsusi təyinat” markalı **-EV-*** nömrəli qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə çirkab suları boş torpaq sahəsinə axıdılır. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, “Qaz 53A xüsusi təyinat” markalı **-EV-*** nömrəli qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə çirkab suları boş torpaq sahəsinə axıdılması işi ilə məşğuldur, ailəsinin dolandırmaq üçün yeganə gəlir mənbəyi ondan ibarət olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 86580 nömrəli aktdan görünür ki, Bakı şəhəri Qala kənd sakini tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 162 Çağrı Mərkəzinə çirkab sularının axıdılması ilə bağlı şikayət daxil olmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən də Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İnzibati xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə -fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə də aparılmış araşdırma zamanı Şəxs tərəfindən İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar