Məhkəmə qərarları › İş №3(003)-177/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-177/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-177/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Vaz 21074 markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Agababa oğlu xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində idarə etdiyi avtomobil ilə Xəzər rayon Turkan qəsəbəsi istiqamətində hərəkət edib, Mərkəz şəhər istiqamətndən, Pirallahı rayon istiqamətində edən baş yolu keçib, dairəvi 4 yol ayrıcına daxil olub, hərəkətini düzünə Şüvəlan qəsəbəsi istiqamətində davam etdirmək üçün 3 zolaqlı dairəvi yolda hərəkət edib, Pirallahı rayon istiqamətindən, Mərkəz-Şəhər istiqamətində gedən baş yola daxil olan zaman, baş yolda hərəkətdə olan avtomobillərin intensivliyini və baş yolun tam boşalmasını gözləmədən, Pirallahı rayon istiqamətndən, Mərkəz Şəhər istiqamətində gedən baş yolda hərəkətdə olan sürücü Cəfərov ləhəmməd İlqar oğlunun idarə etdiyi “Mersedes” markalı 77-6N-458 dövlət qeydiyyat nişan avtomobilin sol tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mersedes” markalı 77-6N-458 dövlət nömrə rişanlı avtomobilin sürücüsü X1 Yüngül dərəcə bədən xəsarətləri almışdır, eyni zamanda baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mersedes” marka **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X2 dərəcəli bədən xəsarətləri almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 24 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin iclasında məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində idarə etdiyi “Mersedes” markalı **-GN-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Türkan qəsəbəsi isitiqanətində hərəkət edib, qarşıda olan dairəvi 4 yola ayrıcına avtomobil ilə daxil olub, avtomobil ilə Pirallahı qəsəbəsi istiqamətndən Mərkəz şəhər istiqamətndə gedən yolu keçib avtomobil ilə hərəkətimi düzünə Şüvələn qəsəbəsi istiqamətində davam etdirmək istəyirdi. O, 3 zolaqlı dairəvi yolun sağdan 2-ci zolağı ilə hərəkət edib, dairəvi 4 yola daxil oldu, bundan sonra o Pirallahı qəsəbəsi istiqamətndən, Mərkəz şəhər istiqamətndə gedən baş yola daxil olan zaman tələsdiyindən, baş yolda hərəkətdə olan avtomobillərin intensivliyini gözləmədi və idarə etdiyim avtomobil ilə baş yola daxil olub, Pirallahı qəsəbəsi istiqamətindən, Mərkəz şəhər istiqamətində gedən 3 zolaqlı yolun sağdan 2-ci zolağında hərəkətdə olan “Mersedes” markalı avtomobolin sol tərəfinə idarə etdiyi avtomobil ilə çırpıldım. Hadisə zamanı avtomobildə qohumu Xanım ilə ikimiz olmuşuq. Hadisə zamanı o bədən xəsarərti almadı. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 05 dekabr 2022-ci il tarixli, 1646 saylı rəyində görünür ki, M.Ə.Quliyevanın bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 05 dekabr 2022-ci il tarixli, 1639 saylı rəyində görünür ki, A.Ə.Şəfixanovun bədəni üzərində aşkar edilmiş xəsarət — baş-beyinin silkələnməsi halında olan qapalı kəllə beyin travması küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X11" X10 müraciətindən az əvvəl olmagla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materillarında olan 1/6821 nömrəli, 02 dekabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X3 alkoloq sərxoşluğ vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan 1/6824 nömrəli, 02 dekabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoloq sərxoşluğ vəziyyəti “ayıq” olmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 dekabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Vaz 21074” markalı **-UE-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində isə Azərbaycan Respublikasının İXM-nin 327.8-cı maddəsinin tərkibinin yarandığından, sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qəbul edilmiş qərar Xəzər DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə zərərçəkmişlərə dəymiş zərərin ödənilməsi cəzanı yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar