Məhkəmə qərarları › İş №3(003)-1770/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1770/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1770/2020 13.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-914/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 12875,80 manat məbləğində pulun alınaraq Abbasov Rövşən Surxay oğluna verilməlidir. Bundan əlavə Xəzər rayon Məhkəməsinin 2(003)-747/2016 saylı, xx.xx.2016cı il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs iddiaçı X1 xeyrinə 5000 ABŞ dolları məbləğində əsas borc, 187 ABŞ dolları məbləğində faiz borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. Bundan əlavə Xəzər rayon Məhkəməsinin 2(003)-89/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs iddiaçı X3 xeyrinə 5000 manat və ödənilmiş məhkəm xərclərinə görə 530 manat, cəmi 5530 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan əlavə Xəzər rayon Məhkəməsinin 2(003)-1702/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 517 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə verilməlidir. Bundan əlavə Xəzər rayon Məhkəməsinin 2(003)-2297/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs xx xxxxx 2016-cı il tarixdən xx xxxx 2019-cu il tarixədək olan 3 il müddətində hər il üçün 259 ABŞ dolları, cəmi 777 ABŞ dolları iddiaçı X1 xeyrinə 5000 ABŞ dolları məbləğində əsas borc, 187 ABŞ dolları məbləğində faiz borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Pərviz Əliyev tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Pərviz Əliyev ərizə ilə məhkəməyə müraciət edərək zərurət aradan qalxdığı üçün inizibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, inizibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar