Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1775/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin əmək müfəttişi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə təqdim edilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında protokol da qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, protokol Azərbaycan Respublikası İXM-in 100.1.4,100.1.6, 100.1.7, 100.2, 100.3 və 100.4-cü maddələrinin tələbləri pozulmaqla tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6, 100.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda: - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, -barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2, 100.3 və 100.4-cü maddələrinə əsasən: -protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. -barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. - protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Protokolda zərərçəkmiş şəxsin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə hüquq və vəzifələrin izah edilməsi, protokolun surətinin təqdim edilməsi və ya göndərilməsi, fiziki şəxs tərəfindən protokolun imzalanması və ya imza etməkdən imtina etməsi barədə qeydlər aparılmamışdır. Həmçinin inzibati xəta materiallarından görünür ki, xəsarət alma faktı ilə bağlı Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Odur ki, həmin faktla bağlı Bakı şəhəri Xəzər rayon prokurorluğu tərəfindən hər hansı bir araşdırma aparılıb-aparılmaması, aparılmışdırsa cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilibedilməməsi də görünmür. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilib-edilməməsi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müddətinin hesablanması üçün önəm kəsb edir. Qeyd edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar digər sübutlarla yanaşı inzibati xəta haqqında protokolla da müəyyən olunur. Odur ki, qanunvericiliyin tələbləri əsasında tərtib edilməyən protokolun iş üzrə sübut kimi qəbul edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən Şəxs barəsində tərtib edilmiş protokol düzgün tərtib olunmadığından və təqdim edilmiş materiallar natamam olduğundan bu halların isə işə baxılarkən tamamlamaq mümkün olmadığından MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrinirəhbərtutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1775/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1775/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver