Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1778/2024 20.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun iştirakları ilə, 23 avqust 1983-cü il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən Saatlı rayonunun Ağarəhimli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol (İXH) üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 20 avqust 2024-cü il tarixdə Şəxs barəsində tərtib edilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Poli Şöbəsindən 20 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 20 avqust 2024-cü il tarixdə saat 03:26 radələrində Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq qəsəbəsində PPXB-nin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 20 avqust 2024-cü il tarixli MN ******* nömrəli il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X4 göstərdi ki, Şəxs 20 avqust 2024-cü il tarixdə saat 03:26 radələrində Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq qəsəbəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin PPPX polis baş serjantı X5 tərəfindən saxlanılmışdır. X5 özünü təqdim edən zaman onlara müqavimət göstərərək tabesizlik etmiş və ictimaiyyətin diqqətini özünə çəkib polis nüfuzuna xələl gətirən sözlər işlətmişdir. Bu səbəbdən də Şəxs Post Patrul avtomobilinə əyləşdirib 2-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Polis əməkdaşları 2-ci Polis Şöbəsinə raport verərək vəziyyəti məruzə etmiş və raport əsasında onun tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış, protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, törətdiyi əməldən peşimandır. İçkili vəziyyətdə olduğundan tabesizlik göstərmişdir. Bu səbəbdən onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin PPPX polis baş serjantı X5 bildirdi ki, 20 avqust gecə radələrində qaçaraq bir şəxsin getdiyini görmüş, bu zaman ona yaxınlaşaraq ondan özünü Əli Qasımova təqdim edən zaman, onlara müqavimət göstərərək tabesizlik etmiş və ictimaiyyətin diqqətini özünə çəkib polisin nüfuzuna xələl gətirən sözlər işlətmişdir. Bu səbəbdən də Şəxs Post Patrul avtomobilinə əyləşdirib 2-ci Polis Şöbəşinin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarında olan sənədlərə baxış keçirilərkən müəyyən edildi: Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin PPPX polis baş serjantı X3 Bakı şəhəri 2-ci polis şöbəsinin rəisi Natiq Teymurova yazdıqları raportdan görünür ki, 20 avqust 2024-cü il tarixdə Binə Atçılıq qəsəbəsində gecə radələrində 3 nəfər şəxsin onları görüb qaçdıqlarını görmüşlər. Bu zaman onların arxasınca qaçaraq bir nəfər şəxsi tutduqlarını və ondan özünü təqdim etməsini soruşduqları zaman onlara tabe olmayaraq yenidən qaçmağa cəhd göstərmişdir. Həmin şəxsə polis bölməsinə getməyi təklif etsələrdə kəskin surətdə etirazını bildirmiş və nəticədə tərəflərindən Bakı şəhəri Nərimanov RPİ 2-ci Polis Bölməsinə gətirilmişdir. 20 avqust 2024-cü sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 117520 saylı protokoldan görünür ki, Şəxs içkili vəziyyətdədir. Beləliklə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və şahidin ifadəsi və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi etdiyi əməli səmimi etiraf etməsi, peşiman olması müəyyən olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 13 mart 2020-ci il tarixdə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində saat 15:03 radələrində Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin YPX alayının MEB-nün YPX baş inspektoru X1 və X6 qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 avqust 2024-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1778/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1778/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver