Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1783/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(039)-2684/22 saylı, xx.xx.2022-cı il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3589/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 2684/22 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə 5070 manat pulun ödənilməsi qərara alınmışdır. İcra sənədi Şöbənin icraatına 22..02.2024-cı il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişə əlavə edilməklə icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarın ünvanına göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3589/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 1300 manat pulun "xxxx" ASC-yə ödənilməsi müəyyən edilmişdir. İcra sənədi Şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişə əlavə edilməklə icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarın ünvanına göndərilmişdir. Lakin hazırki tarixədək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Borclu Şəxs iİlqar oğlu izahatında borcu hal-hazırkı vaxtda Azərbaycan Beynəlxalq Bankına olan borcunu tam ödəyə bilməyəcəyini lakin hissə-hissə ödəniş edəcəyini qeyd etmişdir. Yevlax Rayon Məhkəməsinin qərarından isə məlumatsız olduğunu, İcra Şöbəsinə gəldikdən sonra məlumatlı olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlumatı vardır. Əvvəllər işləmədiyini, hal-hazırda yeni işlə məşğul olduğunu qeyd edərək Azərbaycan Beynəlxalq Banka olan borcundan ödənişlər edəcəyini bildirmişdir. Yevlax Rayon Məhkəməsinin barəsində çıxarılmış qətnamədən məlumatsız olduğunu bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ümumiyyətlə barəsində çıxarılmış qətnamədən məlumatsız olduğu halda onun barəsində protokolun tərtib edilib məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 21 avqust 2024-cü il tarixli , MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1783/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1783/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver