Məhkəmə qərarları › İş №3(003)-1785/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1785/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1785/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, deməsinə görə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 89B-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1644/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 15000 manat məbləğində pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq X4 verilməlidir, Abşeron rayon 1 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydinin əsasən Şəxs 15000 manat alınaraq X10 ödənilməldir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2(101)-156/2014 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1000 manat X7, 1209 manat X5, 600 manat X1 və 3500 manat X9 xeyrinə, X8 xeyrinə 19500 manat və X2 xeyrinə 35000 manat tutulmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1960/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 1277,53 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" QSC BOKT-a verilməlidir. Şəxs məhkum olunaraq cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən icra vərəqələri həmin cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Cəzaçəkmə müəssisəsinə olduğu müddətdə başqa icra sənədləri üzrə ödəniş olmuş, lakin qeyd etdiyi icra sənədləri üzrə ödənişlər olmamışdır. Əvvəllərdə Şəxs icra sənədi üzrə tələbin icra etməməsi əsasında məhkəmə qərarı əsasında inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, başqa icra sənədləri üzrə borcları olmuş həmin borcları ödəmiş, hazırda birinci kiçik məbləğdə olan borcları, sonra isə digər borcları ödəmək istəyir. Belə ki, yeni işə düzəlmiş və işdədikdə borclarını qaytaracaqdır. Ona görə də barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1644/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 15000 manat məbləğində pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq X4 verilməlidir. -Bakı Ağır Cinayətlər Məhkəməsinin 2(101)-156/2014 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, mülki cavabdeh Şəxs 1000 manat X7, 1209 manat X5, 600 manat X1 və 3500 manat X9 xeyrinə, X8 xeyrinə 19500 manat və X2 xeyrinə 35000 manat tutulmalıdır. -Abşeron rayon 1 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, Şəxs 15000 manat alınaraq X10 ödənilməldir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1960/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs cəmi 1277,53 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" QSC BOKT-a verilməlidir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-1314/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat inzibati cərimə tənbeh tətbiri tətbiq edilmişdir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan icra sənədləri üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada Şəxs təqdim edilmiş, onun adına əmlakın (daşınar və daşınmaz, bank hesabları və s.) olubolmaması barədə icra məmuru tərəfindən müxtəlif orqanlara, banklara sorğular edilmiş, lakin borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcək hər hansı bir əmlak aşkar edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, Şəxs barəsində əvvəllər icra sənədi üzrə tələbin icra edilməməsi səbəbindən barəsində məhkəmə qərarı əsasında inzibati tənbeh tətbiri tətbiq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri barəsində məlumatı var, lakin icra sənədlərindəki göstərilmiş tələbləri uzun müddətdir icra etməkdən boyun qaçırır, buna səbəbi isə işləməməsidir. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Ona görə məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən halların olmaması, əvvəllər də inzibati məsuliyyətə cəlb olunması nəzərə alınmalı və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar