Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1787/2020 04.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə X2 Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, EQ3508210 saylı, xx.xx.2020-ci il tarixli, EQ3623457 saylı, xx.xx.2020-ci il tarixli, EQ3764208 saylı, xx.xx.2020-ci il tarixli, EQ3890814 saylı, xx.xx.2020-ci il tarixli, EQ4455560 saylı, xx.xx.2020ci il tarixli, EQ4285127 saylı və xx.xx.2020-ci il tarixli, EQ4628486 saylı qərarlarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, EQ3508210 saylı, xx.xx.2020-ci il tarixli, EQ3623457 saylı, xx.xx.2020-ci il tarixli, EQ3764208 saylı, xx.xx.2020-ci il tarixli, EQ3890814 saylı, xx.xx.2020ci il tarixli, EQ4455560 saylı, xx.xx.2020-ci il tarixli, EQ4285127 saylı və xx.xx.2020-ci il tarixli, EQ4628486 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 ərizə ilə məhkəməyə müraciət edərək şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, ərizə və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, şikayət baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayət verən şəxs X3 məhkəməyə təqdim etdiyi ərizədə şikayətinin geri qaytarılmasını xahiş etdiyinə görə məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128.1-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, EQ3508210 saylı, xx.xx.2020-ci il tarixli, EQ3623457 saylı, xx.xx.2020-ci il tarixli, EQ3764208 saylı, xx.xx.2020-ci il tarixli, EQ3890814 saylı, xx.xx.2020-ci il tarixli, EQ4455560 saylı, xx.xx.2020-ci il tarixli, EQ4285127 saylı və xx.xx.2020-ci il tarixli, EQ4628486 saylı qərarlarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Qərardaddan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1787/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1787/2020
04.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver