Məhkəmə qərarları › İş №3(003)-1788/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1788/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1788/2022 18.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X2, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Lerik rayonunu Kələxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lerik rayonun Kələxan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X5 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsindən (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən evinin yaxınlığında X3 mübahisə zəminində döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X8 tərəfindən 18 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X8 protokolun məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz ev ünvanında ailəsi ilə birlikdə yaşayır. X3 tanıyır, Aygün onun dayısının qeyrirəsmi arvadı olmuş və onlar təxminən 5 (beş) ay əvvəl ayrılıblar. xx.xx.2022-ci il tarixdə Aygün onun yaşadığı evin qarşısına gələrək, Fəridi yəni dayımı gizlətməyimizi deyərək nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bundan sonra o, Aygünə söyüş söyməməsini bildirmiş, lakin Aygün söyüşlərinə davam etmişdir. O, məcbur qalaraq Aygünün qolundan tutub həyətdən çıxartmış, bu zaman Aygünün başmağı onun ayağının altında qalmışdır. O, Aygünə heç bir xəsarət yetirməmişdir, bu, sadəcə yalan və böhtandır. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, təxminən 8 (səkkiz) aya yaxındır ki, X4 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və birlikdə Lerik rayonun Kələxan kəndinə getmişlər. Bir müddət orada yaşadıqdan sonra o, nikaha daxil olmalarını təklif etmişdir. Lakin ərinin ailə üzvləri buna razı olmadığı üçün onun atasının evinə göndərmişlər. Bir müddət sonra baldızı Nigar ona zəng edərək ərinin Bakı şəhərinə getdiyini bildirmişdir. Bu səbəbdən də o, Bakı şəhərinə gəlmiş və Binə qəsəbəsi Südçülük Sovxozu ərazisində kirayə ev tutaraq yaşamış, eyni zamanda həyat yoldaşını axtarsa da tapa bilməmişdir. xx.xx.2022-ci il tarixdə o, baldızının yaşadığı evə getmiş və əri barədə maraqlanmışdır. Bu zaman Nigarın qızı Səadət ilə aralarında mübahisə yaranmış və o, küçəyə çıxıb gedən zaman baldızının qızı Səadət onun sağ baldırından 2 dəfə təpiklə vuraraq xəsarət yetirmişdir. Bütün bunların nəzərə alınaraq Şəxs inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və zərərçəkmiş şəxsin izahatı və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 sentyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, toplanmış materialda Səadət adlı şəxsin əməlidə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Səadət adlı şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində göstərilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə ərazi aidiyyəti üzrə əməkdaşa tapşırıq verilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizad və X6” X12 tərəfindən verilmiş 1235 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər – sağ budun qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci i tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin olunmur. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1993-cü il tarixdə Lerik rayonunu Kələxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lerik rayonun Kələxan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X5 yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar