Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1789/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 18 aprel 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, 3 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 2, mənzil 63də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 18 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5452/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 3880 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli axtarış qərarları qəbul edilmişdir. Qeyd olunan icra sənədi üzrə borcu ödəmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Bundan sonra Şəxs borcundan cəmi 800 manat ödəniş etmiş və onun bü günə olan borcu 3080 manat təşkil edir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, icra sənədi üzrə 600 manat ödəniş etmişdir. Qalan borcu isə birdəfəyə ödəmək imkanı yoxdur. Borcundan 1000 manatadək ödəniş etməsi üçün məhkəmə tərəfindən ona 10 gün vaxt verilməsinə baxmayaraq 200 manat ödəniş edə bilmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 3880 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublkası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında təqdim etdiyi xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, o, 200 manat ödəniş etmişdir. Məhkəmədə müəyyən olundu ki, B.Ə.Mustafayev icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədi üzrə olan borcu 3080 manat təşkil edir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarları qəbul edilmişdir. Məhkəmə tərəfindən ona 10 gün vaxt verilsə də borcundan cəmi 200 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, B.Ə. Mustafayev məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə B.Ə.Mustafayevin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə B.Ə.Mustafayevin şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə iclası xx.xx.2022-ci il tarixə saat 12:30-a təyin edilmişdir. Məhkəmə hesab edir ki, B.Ə.Mustafayevin barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 07 dekabr 2022-ci il tarixdən, saat 12:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1789/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1789/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver