Məhkəmə qərarları › İş №3(003)-1791/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1791/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1791/2022 22.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) sahə inspektoru, polis leytenantı X4 iştirakları ilə xx xxxxx 1988-ci ildə Gürcüstan Respublikasının Laqodexi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Balakən rayonunun Püştətala kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi döngə 6 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Xəzər RPİ 3-cü PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 17 avqust 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi döngə 6 ünvanında qonşusu X5 ilə aralarında yaranmış şəxsi münasibət zəminində onu yumruqla vuraraq xəsarət yetirmişdir. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X8 tərəfindən 22 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X8 göstərdi ki, X5 qonşusu Aygün və qızı Vüsalə tərəfindən döyülməsi barədə DİN “102” xidmətinə məlumat vermişdir. Bu səbəbdən Şəxs barəsində onun tərəfindən 22 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi döngə 6 ünvanında yaşayır. Təzəgül Əliyeva onunla qonşuluqda yaşayır və onunla heç bir münasibəti yoxdur. Təzəgülün psixoloji problemləri var və hər gün təhqiredici ifadələr işlədir, uşaqları qorxudur, hücum edir. O, xx.xx.2022-ci il tarixdə ailəsi ilə birlikdə Balakən rayonuna getmiş və xx.xx.2022ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. O, Təzəgülü döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Ona görə də barəsində olan hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi döngə 6 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə qonşusu Aygün taxta parçası ilə onun sol ayağının arxa tərəfindən vuraraq ona xəsarət yetirmiş və o, bu barədə DİN “102” xidmətinə məlumat vermişdir. Bütün bunların nəzərə alınaraq Şəxs inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, X5 ilə qonşuluqda yaşayır. 2022-ci ilin avqust ayında Şəxs ailəsi ilə birlikdə Balakənə getmişdilər. Təzəgülü 3 il əvvəl Aygünün yataq otağında görmüş və Təzəgülü buradan uzaqlaşdırmasını bildirmişdir. Daha sonra Təzəgülü həyətində samovar qalamasını görərək onu həyətdən çölə çıxartmışdır. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 sentyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, toplanmış materialda Aygün adlı şəxsin əməlidə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Aygün adlı şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində göstərilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə ərazi aidiyyəti üzrə əməkdaşa tapşırıq verilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 tərəfindən verilmiş 1082 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarətlər – sol budun qançırı və sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 10 saylı Təcili və X6 Stansiya müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin ifadələri ilə müəyyən edildi ki, inzibati protokola əsasən hadisənin törədildiyi vaxtda Şəxs Bakı şəhərində olmamış və belə bir hadisənin də baş verməsindən xəbəri olmamışdır. Yalnız 22 noyabr 2022-ci il tarixdə sahə müvəkkili dəvət edərkən barəsində şikayət olunmasından xəbər tutmuşdur. Həmçinin qeyd olunur ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar 11 sentyabr 2022-ci il tarixli qəbul olunsa da, ötən müddət ərizində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olaraq Şəxs izahatı alınmamış, barəsində verilən şikayət barəsində məlumat veilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx xxxxx 1988ci ildə Gürcüstan Respublikasının Laqodexi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Balakən rayonunun Püştətala kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi döngə 6 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar