Məhkəmə qərarları › İş №3(003)-1793/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1793/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1793/2020 23.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İkram oğlunun iştirakı ilə xx xxxx 1965-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə əvvəllər inzibati məsuliyyətinə cəlb olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs İkram oğlunun barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli protokola əsasən Şəxs İkram oğlu xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində üzərində xüsusi icazə vərəqəsi olmadan komendant saatında Xəzər rayonunda olmuşdur. Bununlada Şəxs İkram oğlu Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İkram oğlu məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində polis əməkdaşları komendant saatını pozduğuna görə onu saxlamışlar. Əməlindən səmimi peşman olduğunu bildirərək ona ən yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İkram oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş AZA 012166 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs İkram oğlu Azərbaycan Respublikasının İXM-nin 517-2.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə, saat 21:40-da tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı və digər ərazilərdə hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Məhkəməv Şəxs İkram oğlunun əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs İkram oğlunun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs İkram oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə uyğun deyil, barəsində Azərbaycan Respublikası İXMnin 517-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İkram oğlu Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona xəbərdarlıq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar