Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1795/2022 02.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4, tələbkarın nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş 22 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1055/2019 nömrəli icra vərəqəsinə əsasən X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3048/2020 nömrəli icra vərəqəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1055/2019 nömrəli 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 26 aprel 2014-cü il təvəllüdlü X1 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan icra vərəqəsini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1055/2019 nömrəli icra vərəqəsinə əsasən X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3048/2020 nömrəli icra vərəqəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 2(008)-1055/2019 nömrəli 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 26 aprel 2014-cü il təvəllüdlü X1 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi qət edilmişdir. Borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu maddi imkanı olmadığı üçün indiyə qədər yığılıb qalmış 1662 (bir min altı yüz altmış iki) manat borcunu ödəyə bilməmiş, lakin vaxt verilərsə ödəyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində tələbkarın nümayəndəsi X5 göstərdi ki, o, indiyə qədər borcluya borcundan ödəniş etmək üçün dəfələrlə müraciət etmiş, lakin borclu borcunu ödəməmişdir. Lakin borclu məhkəmə iclaslarında 1662 (bir min altı yüz altmış iki) manat borcundan 1000 (bir min) manat ödəniş etmişdir. Bütün bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 göstərdi ki, hazırda maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı icra vərəqəsi üzrə borcunu ödəyə bilmir. Lakin borclu məhkəmə iclasında ümumi borcundan 1000 (bir min) manat ödəniş etmişdir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin müvəqqəti maddi çətinlikləri borcunu tam ödəməyə hələlik imkan vermir, ona bir qədər müddət verilərsə, borcunu tam olaraq ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, X6 maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 1662 (bir min altı yüz altmış iki) manat borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində borcundan 1000 (bir min) manat ödəniş etmiş, qalan məbləği də yaxın vaxtlarda ödəyəcini vəd etmişdir. Məhkəmə hesab edir ki, X3 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1795/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1795/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver