Məhkəmə qərarları › İş №3(003)-1795/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1795/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1795/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi “X4” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddəlləri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddəlləri ilə 20 avqust 2024-cü il tarixli, 00800-00676/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:33 radələrində TK 0332 nömrəli İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs xx.xx.2024-cü il tarixdə saat 1133 radələrində TK 0332 nömrəli İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs (Pasport: PC AZE C03743783; FİN: 6G0XROG) baqaj lentindən üzərinə fərqləndirici qırmızı lent vurulmuş 3 ədəd baqajını götürüb gömrük nəzarətinin "Qırmızı Kanalı"na daxil olduğu zaman sonuncudan üzərində və müşayiət olunan baqajlarında gömrük orqanına bəyan edilməli olan hər hansı predmetin olub-olmadığı soruşulduqda Şəxs gömrük orqanına bəyan ediləcək hər hansı predmetin olmadığını bildirmiş, daha sonra həmin şəxsin müşayiət olunan baqajları "X-RAY" rentgen aparatına yerləşdirilmiş və bu zaman elektron qurğunun müşahidə monitorunda diqqət çəkən şübhəli cizgilərin olduğu müəyyən edilmişdir. Bunun ardınca Şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət edilərək ona məxsus bütün baqajlara özünün və iki nəfər hal-şahidinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Arif Tanirverdiyevə məxsus bir ədəd çəhrayı rəngli irihəcmli çemodan açılaraq içərisinə baxış keçirilmişdir. Çemodanın içərisində digər yüklərlə birlikdə gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən, 1 qutu üzərində "Lingone 30 Kapsul" yazısı olan 30 ədəd kapsul, hər birində 5 ədəd olmaqla 2 qutu üzərində "Veindocanol %3 X1 2 mlx5 Ampul❞ yazısı olan 10 ədəd ampul, 1 qutu üzərində "VASTAREL MR 80mg" yazısı olan 30 ədəd kapsul olduğu müəyyən edilmişdir. Həmçinin, həmin çemodanın içərisində tekstil sahəsində istifadə edilən parça nümunələrinin olduğu kitab formalı albomun içərisindəki boşluğa yerləşdirilmiş formada 1 qutu üzərində "Eliquis 5 mg" yazısı olan 56 ədəd həb, 1 qutu üzərində “Concor 5 mg" yazısı olan 30 ədəd həb, 1 qutu üzərində “Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet" yazısı olan 9 ədəd konvalyutda 90 ədəd həb və 1 ədəd Üzərində "Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet" yazısı olan boş qutunun olduğu müəyyən olunmuşdur. Eyni zamanda çemodanın içərisində 1 qutu üzərində "Aptamil PRONUTRA", 1 qutu üzərində "Aptamil profutura" yazısı olan uşaq qidaları və üzərində "Maldon sea salt flakes" yazısı olan 1 ədəd qutunun içərisində 12 qutu üzərində "Maldon sea salt flakes" yazısı olan kristal duz halında maddə olduğu məlum olmuşdur. Daha sonra çemodana keçirilən baxış davam etdirilmiş və çemodanın içərisindəki astarda olan zəncirbend açıldığı zaman orada aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə gizlədilmiş, qara rəngli, içərisi gözlə görünə bilməyən və yapışqanlı lentlə cemodanın tutacağının yuvasının hər iki trəfindən paralel formada bərkildilmiş, gömrük organına şifahi və yazılı formada bəyan edilməyən 12 ədəd üzərində "GONAL-f 900 İU/1.5 ml" yazısı olan inyeksiya qələmləri aşkar edilmişdir. Arif Tanirverdiyevə məxsus digər çəhrayı rəngli kiçikhəcmli çemodan açılaraq içərisinə baxış keçirildiyi zaman çemodanın içərisində digər əşyalarla birlikdə 1 qutu üzərində "Aptamil PRONUTRA", 1 qutu üzərində "Aptamil profutura" yazısı olan uşaq qidaları olduğu müəyyən edilmişdir. Eləcə də, çemodanın içərisindəki astarda olan zəncirbənd açıldığı zaman orada aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə gizlədilmiş, qara rəngli, içərisi gözlə görünə bilməyən və yapışqanlı lentlə çemodanın tutacağının yuvasının hər iki trəfindən paralel formada bərkildilmiş, gömrük orqanına sifahi və yazılı formada bəyan edilməyən 7 ədəd üzərində "GONAL-f 900 İU/1.5 ml" yazısı olan inyeksiya qələmləri aşkar edilmişdir. Həmçinin, Şəxs məxsus qara rəngli üzərində "ORİON" yazısı olan ciyin çantası açılaraq içərisinə baxış keçirildiyi zaman çantanın içərisində tünd çəhrayı rangli plastik dondurma qabının içərisinə yerləşdirilmiş 2 ədəd şüşə flakonda üzərində "MabThera 500mg/50ml" yazısı olan maye halında məhlul, 1 qutu üzərində "VALAMOR 200 mg 63 film kaplamalı tablet" yazısı olan 6 ədəd konvalutda 126 ədəd həb, üzərində "Herceptin 150 mg 1 flakon" yazısı olan 1 ədəd qutunun içərisində 4 ədəd üzərində "Herceptin 150 mg" yazısı olan şüşə flakonda toz halında məhlul, üzərində "Altuzan 100 mg/4ml 1 adet flakon" yazısı olan 1 ədəd qutunun içərisində 6 ədəd üzərində "Altuzan 100 mg/4ml" yazısı olan şüşə flakonda maye halında məhlul, 1 ədəd içərisi gözlə görünə bilməyən qara rəngli sellofana bükülü formada 1 ədəd üzərində "Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet", 1 ədəd üzərində "VALAMOR 200 mg 63 film kaplamalı tablet", 2 ədəd üzərində "MabThera 500mg/50ml" və 3 ədəd üzərində "Herceptin 150 mg 1 flakon" yazısı olan ümumilikdə 7 ədəd boş dərman qutusu olduğu müəyyən edilmişdir. Şəxs çiyin çantasında olan dərman vasitələrinin resepti olduğunu bildirmiş və həmin reseptləri təqdim etmişdir. Əlavə olaraq, Şəxs məxsus qara rəngli üzərində "MJ-91" yazısı olan əl çantasının içərisində şəffaf rəngli sellofanda gömrük orqanına şifahi yaxud yazılı formada bəyan olunmayan ümumi təqribi çəkisi 12 qram təşkil edən iç tərəfində "Cartier" yazısı həkk olunmuş 1 ədəd qolbaq və 1 ədəd kulon olduğu müəyyən edilmişdir. Daha sonra baxış davam etdirilmiş, lakin Arif Tanirverdiyevə baqajlarda və əl çantasıda gömrük orqanına bəyan edilməli olan, yaxud gömrük nəzarətindən gizlədilmiş hər hansı qanunsuz predmet aşkar edilməmişdir. X2 məxsus 3 ədəd müşayiət olunan baqajdan və 1 ədəd əl çantasından gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən, eləcə də bəziləri gömrük nəzarətindən gizlədilmiş ümumi təqribi çəkisi 12 gram təskil edən, iç tərəfində "Cartier" yazısı həkk olunmuş 1 ədəd qolbaq və 1 ədəd kulon, 2 qutu üzərində "Aptamil PRONUTRA", 2 qutu üzərində "Aptamil profutura", 12 qutu üzərinda "Maldon sea salt flakes" yazısı olan kristal duz halında maddə, 19 ədəd üzərində "GONAL-f 900 İU/1.5 ml" yazısı olan inyeksiya qələmləri, 1 qutu üzərində "Lingone 30 Kapsül" yazısı olan 30 ədəd kapsul, hər birində 5 ədəd olmaqla 2 qutu üzərində "Veindocanol %3 X1 2 mlx5 Ampul" yazısı olan 10 ədəd ampul, 1 qutu üzərində "VASTAREL MR 80mg" yazısı olan 30 ədəd kapsul, 1 qutu üzərində "Eliquis 5 mg" yazısı olan 56 ədəd həb, 1 qutu üzərində "Concor 5 mg" yazısı olan 30 ədəd həb, 1 qutu üzərində “Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet” yazısı olan 9 ədəd konvalyutda 90 ədəd həb, 2 ədəd şüşə flakonda üzərində "MabThera 500mg/50ml" yazısı olan maye halında məhlul, 1 qutu üzərində "VALAMOR 200 mg 63 film kaplamalı tablet" yazısı olan 6 ədəd konvalutda 126 ədəd həb, üzərində "Herceptin 150 mg 1 flakon" yazısı olan 1 ədəd qutunun içərisində 4 ədəd üzərində "Herceptin 150 mg" yazısı olan şüşə flakonda toz halında məhlul, üzərində "Altuzan 100 mg/4ml 1 adet flakon" yazısı olan 1 ədəd qutunun içərisində 6 ədəd üzərində "Altuzan 100 mg/4ml" yazısı olan şüşə flakonda maye halında məhlul ilə birlikdə 11 adda dərman vasitələri və 2 ədəd üzərində "Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet", 1 ədəd üzərində "VALAMOR 200 mg 63 film kaplamalı tablet", 2 ədəd üzərində "MabThera 500mg/50ml" və 3 ədəd üzərində "Herceptin 150 mg 1 flakon" yazısı olan ümumilikdə 8 ədəd boş dərman qutusu olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi “X4” Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində tərtib edilmiş protokol əsassızdır. Eyni zamanda bildirmişdir ki, Tanırverdiyev Anarın çantasında olan qızılın qramı 12 qram olmuşdur, bu Ekspertizanın rəyindədə öz əksini tapmışdır. Nazırlər Kabinetinin qərarında qeyd edilir ki, 20 qrama qədər olan qızıl-zinət əşyası gömrük orqanlarından keçirilə bilər. Hüquqlarını müdafiə etdiyi şəxsin barəsində tərtib edilmiş protokolun əsassız olduğundan ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi dərman preparatlarına aid hissədə (cəmi dəyəri 541,26 manat) iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin 12 iyul 2024-cü il tarixli yoxlama protokolundan görünür ki, 1 qutu üzərində "Lingone 30 Kapsul" yazısı olan 30 ədəd kapsul, hər birində 5 ədəd olmaqla 2 qutu üzərində "Veindocanol %3 X1 2 mlx5 Ampul❞ yazısı olan 10 ədəd ampul, 1 qutu üzərində "VASTAREL MR 80mg" yazısı olan 30 ədəd kapsul olduğu müəyyən edilmişdir. Həmçinin, həmin çemodanın içərisində tekstil sahəsində istifadə edilən parça nümunələrinin olduğu kitab formalı albomun içərisindəki boşluğa yerləşdirilmiş formada 1 qutu üzərində "Eliquis 5 mg" yazısı olan 56 ədəd həb, 1 qutu üzərində “Concor 5 mg" yazısı olan 30 ədəd həb, 1 qutu üzərində “Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet" yazısı olan 9 ədəd konvalyutda 90 ədəd həb və 1 ədəd Üzərində "Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet" yazısı olan boş qutunun olduğu müəyyən olunmuşdur. Eyni zamanda çemodanın içərisində 1 qutu üzərində "Aptamil PRONUTRA", 1 qutu üzərində "Aptamil profutura" yazısı olan uşaq qidaları və üzərində "Maldon sea salt flakes" yazısı olan 1 ədəd qutunun içərisində 12 qutu üzərində "Maldon sea salt flakes" yazısı olan kristal duz halında maddə olduğu məlum olmuşdur. Daha sonra çemodana keçirilən baxış davam etdirilmiş və çemodanın içərisindəki astarda olan zəncirbend açıldığı zaman orada aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə gizlədilmiş, qara rəngli, içərisi gözlə görünə bilməyən və yapışqanlı lentlə cemodanın tutacağının yuvasının hər iki trəfindən paralel formada bərkildilmiş, gömrük organına şifahi və yazılı formada bəyan edilməyən 12 ədəd üzərində "GONAL-f 900 İU/1.5 ml" yazısı olan inyeksiya qələmləri aşkar edilmişdir. Arif Tanirverdiyevə məxsus digər çəhrayı rəngli kiçikhəcmli çemodan açılaraq içərisinə baxış keçirildiyi zaman çemodanın içərisində digər əşyalarla birlikdə 1 qutu üzərində "Aptamil PRONUTRA", 1 qutu üzərində "Aptamil profutura" yazısı olan uşaq qidaları olduğu müəyyən edilmişdir. Eləcə də, çemodanın içərisindəki astarda olan zəncirbənd açıldığı zaman orada aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə gizlədilmiş, qara rəngli, içərisi gözlə görünə bilməyən və yapışqanlı lentlə çemodanın tutacağının yuvasının hər iki trəfindən paralel formada bərkildilmiş, gömrük orqanına sifahi və yazılı formada bəyan edilməyən 7 ədəd üzərində "GONAL-f 900 İU/1.5 ml" yazısı olan inyeksiya qələmləri aşkar edilmişdir. Həmçinin, Şəxs məxsus qara rəngli üzərində "ORİON" yazısı olan ciyin çantası açılaraq içərisinə baxış keçirildiyi zaman çantanın içərisində tünd çəhrayı rangli plastik dondurma qabının içərisinə yerləşdirilmiş 2 ədəd şüşə flakonda üzərində "MabThera 500mg/50ml" yazısı olan maye halında məhlul, 1 qutu üzərində "VALAMOR 200 mg 63 film kaplamalı tablet" yazısı olan 6 ədəd konvalutda 126 ədəd həb, üzərində "Herceptin 150 mg 1 flakon" yazısı olan 1 ədəd qutunun içərisində 4 ədəd üzərində "Herceptin 150 mg" yazısı olan şüşə flakonda toz halında məhlul, üzərində "Altuzan 100 mg/4ml 1 adet flakon" yazısı olan 1 ədəd qutunun içərisində 6 ədəd üzərində "Altuzan 100 mg/4ml" yazısı olan şüşə flakonda maye halında məhlul, 1 ədəd içərisi gözlə görünə bilməyən qara rəngli sellofana bükülü formada 1 ədəd üzərində "Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet", 1 ədəd üzərində "VALAMOR 200 mg 63 film kaplamalı tablet", 2 ədəd üzərində "MabThera 500mg/50ml" və 3 ədəd üzərində "Herceptin 150 mg 1 flakon" yazısı olan ümumilikdə 7 ədəd boş dərman qutusu olduğu müəyyən edilmişdir. Şəxs çiyin çantasında olan dərman vasitələrinin resepti olduğunu bildirmiş və həmin reseptləri təqdim etmişdir. Əlavə olaraq, Şəxs məxsus qara rəngli üzərində "MJ-91" yazısı olan əl çantasının içərisində şəffaf rəngli sellofanda gömrük orqanına şifahi yaxud yazılı formada bəyan olunmayan ümumi təqribi çəkisi 12 qram təşkil edən iç tərəfində "Cartier" yazısı həkk olunmuş 1 ədəd qolbaq və 1 ədəd kulon olduğu müəyyən edilmişdir. Daha sonra baxış davam etdirilmiş, lakin Arif Tanirverdiyevə baqajlarda və əl çantasıda gömrük orqanına bəyan edilməli olan, yaxud gömrük nəzarətindən gizlədilmiş hər hansı qanunsuz predmet aşkar edilməmişdir. X2 məxsus 3 ədəd müşayiət olunan baqajdan və 1 ədəd əl çantasından gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən, eləcə də bəziləri gömrük nəzarətindən gizlədilmiş ümumi təqribi çəkisi 12 gram təskil edən, iç tərəfində "Cartier" yazısı həkk olunmuş 1 ədəd qolbaq və 1 ədəd kulon, 2 qutu üzərində "Aptamil PRONUTRA", 2 qutu üzərində "Aptamil profutura", 12 qutu üzərinda "Maldon sea salt flakes" yazısı olan kristal duz halında maddə, 19 ədəd üzərində "GONAL-f 900 İU/1.5 ml" yazısı olan inyeksiya qələmləri, 1 qutu üzərində "Lingone 30 Kapsül" yazısı olan 30 ədəd kapsul, hər birində 5 ədəd olmaqla 2 qutu üzərində "Veindocanol %3 X1 2 mlx5 Ampul" yazısı olan 10 ədəd ampul, 1 qutu üzərində "VASTAREL MR 80mg" yazısı olan 30 ədəd kapsul, 1 qutu üzərində "Eliquis 5 mg" yazısı olan 56 ədəd həb, 1 qutu üzərində "Concor 5 mg" yazısı olan 30 ədəd həb, 1 qutu üzərində “Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet” yazısı olan 9 ədəd konvalyutda 90 ədəd həb, 2 ədəd şüşə flakonda üzərində "MabThera 500mg/50ml" yazısı olan maye halında məhlul, 1 qutu üzərində "VALAMOR 200 mg 63 film kaplamalı tablet" yazısı olan 6 ədəd konvalutda 126 ədəd həb, üzərində "Herceptin 150 mg 1 flakon" yazısı olan 1 ədəd qutunun içərisində 4 ədəd üzərində "Herceptin 150 mg" yazısı olan şüşə flakonda toz halında məhlul, üzərində "Altuzan 100 mg/4ml 1 adet flakon" yazısı olan 1 ədəd qutunun içərisində 6 ədəd üzərində "Altuzan 100 mg/4ml" yazısı olan şüşə flakonda maye halında məhlul ilə birlikdə 11 adda dərman vasitələri və 2 ədəd üzərində "Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet", 1 ədəd üzərində "VALAMOR 200 mg 63 film kaplamalı tablet", 2 ədəd üzərində "MabThera 500mg/50ml" və 3 ədəd üzərində "Herceptin 150 mg 1 flakon" yazısı olan ümumilikdə 8 ədəd boş dərman qutusu olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddəllərində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 14 oktyabr 2013-cü il tarixli, 305 saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.10-cu yarımbəndində “, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz”güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhəddindən keçirilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 3-16-16/2-6/3740-6/3745-9/5915 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərgərlik məmulatlarının ümumi təqribi çəkisi 12 qram təşkil edən iç tərəfində "Cartier" yazısı həkk olunmuş 1 ədəd qolbaq və 1 ədəd kulon olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 3-16-16/2-6/3740-6/3745-9/5915 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş dərman preparatlarının və zərgərlik məmulatlarının xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1881.26 manat müəyyən edilir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim edilmiş 5 adda dərman preparatlarının orta bazar qiyməti -541.26 manat, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən zərgərlik məmulatlarının orta bazar qiyməti təxminən-1340 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Göründüyü kimi şəxs tərəfindən eyni vaxtda iki inzibati xəta hadisəsi törədilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Lakin, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta yalnız dərman məhsulları hissəsində əsaslı hesab edilməli və həmin faktla bağlı o inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməlidir. Aşkar edilmiş 12 qramlıq zərgərlik məmulatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 14 oktyabr 2013-cü il tarixli 305 saylı qərarına əsasən 20 qramdan aşağı olduğu üçün inzibati xəta tərkibi xəta yaratmadığından o həmin hissədə inzibati tənbeh edilə bilməz. Bu səbəbdən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrinə əsasən törədilmiş inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri 1881,26 manat olan məbləğin 1340 manat hissəsi zərgərlik (qızıl) məmulatlarına aid olduğu üçün inzibati məsuliyyətə yalnız 541,26 manat dəyərində dərman preparatlarına aid hissədə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinməli və ona 480-cı maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 541.26 manat məbləğin qırx faizi (216,5) məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 185 (yüz səksən beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi götürülmüş mallar qərar qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 541,26 manat olan dərman preparatlarının qırx faizi yəni 216,50 (iyi yüz on altı manat, əlli qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 185 (yüz səksən beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış iç tərəfində "Cartier" yazısı həkk olunmuş 1 ədəd qolbaq və 1 ədəd kulon, 2 qutu üzərində "Aptamil PRONUTRA", 2 qutu üzərində "Aptamil profutura", 12 qutu üzərinda "Maldon sea salt flakes" yazısı olan kristal duz halında maddə, 19 ədəd üzərində "GONAL-f 900 İU/1.5 ml" yazısı olan inyeksiya qələmləri, 1 qutu üzərində "Lingone 30 Kapsül" yazısı olan 30 ədəd kapsul, hər birində 5 ədəd olmaqla 2 qutu üzərində "Veindocanol %3 X1 2 mlx5 Ampul" yazısı olan 10 ədəd ampul, 1 qutu üzərində "VASTAREL MR 80mg" yazısı olan 30 ədəd kapsul, 1 qutu üzərində "Eliquis 5 mg" yazısı olan 56 ədəd həb, 1 qutu üzərində "Concor 5 mg" yazısı olan 30 ədəd həb, 1 qutu üzərində “Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet” yazısı olan 9 ədəd konvalyutda 90 ədəd həb, 2 ədəd şüşə flakonda üzərində "MabThera 500mg/50ml" yazısı olan maye halında məhlul, 1 qutu üzərində "VALAMOR 200 mg 63 film kaplamalı tablet" yazısı olan 6 ədəd konvalutda 126 ədəd həb, üzərində "Herceptin 150 mg 1 flakon" yazısı olan 1 ədəd qutunun içərisində 4 ədəd üzərində "Herceptin 150 mg" yazısı olan şüşə flakonda toz halında məhlul, üzərində "Altuzan 100 mg/4ml 1 adet flakon" yazısı olan 1 ədəd qutunun içərisində 6 ədəd üzərində "Altuzan 100 mg/4ml" yazısı olan şüşə flakonda maye halında məhlul ilə birlikdə 11 adda dərman vasitələri və 2 ədəd üzərində "Letu 2.5 mg Letrozol 30 film kaplamalı tablet", 1 ədəd üzərində "VALAMOR 200 mg 63 film kaplamalı tablet", 2 ədəd üzərində "MabThera 500mg/50ml" və 3 ədəd üzərində "Herceptin 150 mg 1 flakon" yazısı olan ümumilikdə 8 ədəd boş dərman qutusu qanuni sahibi Şəxs qaytarılsın. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar