Məhkəmə qərarları › İş №3(003)-1796/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1796/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1796/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsin, X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 21 avqust 2024-cü il tarixli, 00800-00647/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə J278 saylı İstanbul-Bakı aviareysi ilə gələn Türkiyə vətəndaşları Sulhan Ömer və Şəxs nəzarətə götürülmüşdür. X4 X7 1 gəliş zalında Şəxs baqaj lentinin üzərindən götürdüyü 4 baqajdan 3-nün üzərinə vurulmuş qırmızı lenti sökmüş, həmin baqajlardan üzərindəki qırmızı lent sökülmüş 1 ədəd böyük ölçülü ağ rəngli sellofan paketi, 1 ədəd çamadan, 1 ədəd ağ rəngli karton qutu və 1 ədəd qara rəngli idman çantasını onunla eyni aviareyslə gələn Sulhan Ömerə verərək gömrük nəzarətindən "Yaşıl Kanal" buraxılış sistemindən keçməklə gəliş zalını tərk etməyi tapşırmış, sonuncu da "Yaşıl Kanal" buraxılış sistemi ilə gəliş zalını tərk etmək istəyən zaman gömrük əməkdaşı tərəfindən saxlanılmış, əlindəki mallara yoxlama keçirilməsi üçün "Qırmızı Kanala" yönləndirilmişdir. X6 Ömerlə ilkin sorğu-sual aparan zamanı Şəxs dərhal "Qırmızı Kanala" yaxınlaşmış, gömrük əməkdaşına Sulhan Ömerdə olan dərman preparatlarının, tibbi ləvazimatların, qida əlavələrinin ona məxsus olduğunu, həmin malların bir hissəsinin gəliş zalındakı baqaj arabasının və baqaj lentinin üzərində saxladığını, sonradan gəliş zalından çıxaracağını planladığını bildirmişdir. Bundan sonra Sulhan Ömer tərəfindən gömrük nəzarətindən keçirilərkən saxlanılmış malların və Şəxs tərəfindən sonradan gəliş zalından çıxarılması üçün gəliş zalında və baqaj lentində saxlanılan malların yoxlanılması üçün hər iki şəxs mallarla birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İnzibati Binasına dəvət olunmuşdur. Orada hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı, Türkiyə vətəndaşı Sulhan Ömer tərəfindən gömrük nəzarətindən "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə keçirmək istədiyi 1 ədəd böyük ölçülü ağ sellofan paket, 1 ədəd çemodan, 1 ədəd ağ rəngli karton qutu və 1 ədəd qara rangli idman çantasının içərisindən gömrük nəzarətinə təqdim olunmamış, əvvəlcədən yazılı, şifahi və elektron formada bəyan edilməmiş üzərində "Hilti Evelle" yazısı olan 22 ədəd qutuda qablaşdırılmış və hər qutunun içərisində ayrı-ayrılıqda 24 ədəd qablaşdırmanın hər birində 2 kapsul olmaqla ümumilikdə 1056 ədəd kapsul, üzərində "Epimedyumlu Macun 12qr" sözləri yazılmış 1100 ədəd paket, üzərində "Viga 84000 3ml 10%Lidocoin" sözləri yazılmış 1100 ədəd nəm salfet paketi, üzərində "Cialis 20mg 4 Tablets Tadalafil" sözləri yazılmış hər qutuda 4 ədəd həb olmaqla 30 qutu ümumilikdə 120 ədəd həb, üzərində "Contour Plus" sözləri yazılmış hər qutuda 50 ədəd olmaqla 70 qutu qan şəkəri test çubuğu, üzərində "Contour TS" sözləri yazılmış hər qutuda 50 ədəd olmaqla 11 qutu qan şəkəri test çubuğu, üzərində "Dostinex 0,5mg Kabergolin" sözləri yazılmış hər qutuda 8 ədəd həb olmaqla 6 qutu, ümumilikdə 48 ədəd həb, üzərində "Burun dəliyi şəkilləndirici" yazısı olan 20 qutu tibbi ləvazimat, üzərində "X5 tablets" yazısı olan hər birində 6 ədəd olmaqla 19 ədəd konvolyutda ümumilikdə 114 ədəd həblər aşkar olunmuşdur. Daha sonra Türkiyə vətəndaşı Şəxsə məxsus mallara yoxlama tətbiq edilmişdir. Yoxlama zamanı üzərlərindəki qırmızı lenti sökdüyü 1 ədəd böyük ölçülü ağ sellofan paket, 1 ədəd bənövşəyi rəngli çamadan, 1 ədəd böyük ölçülü ağ rəngli karton qutunu və əl yükləri olan 1 ədəd boz rəngli təkərli idman çantası, 1 ədəd göy rəngli idman əl çantası və 1 ədəd ağ rəngli sellofan paketin içərisindən əvvəlcədən gömrük orqanına yazılı, şifahi və elektron formada bəyan edilməmiş üzərində "Hilti Evelle" yazısı olan 22 qutu, hər qutuda 2 kapsul olmaqla 24 qutu, açıq vəziyyətdə 170 ədəd kapsul olmaqla ümumilikdə 1226 kapsul, üzərində "Epimedyumlu Macun 12qr" sözləri yazılmış 1290 paket, üzərində "Viga 84000 3ml 10% Lidocoin" sözləri yazılmış bir qutuda 45 ədəd, digər hər qutuda 50 ədəd olmaqla 27 qutu, Ümumilikdə 1395 ədəd nəm salfet paketi, üzərində "Cialis 20mg 4 Tablets Tadalafil" sözləri yazılmış hər qutuda 4 həb olmaqla 42 qutu ümumilikdə 168 həb, üzərində "Osseous" yazısı olan hər qutuda 10 ədəd olmaqla 8 qutu burun tomponu, üzərində "Rino Face" yazısı olan içərisində 50 ədəd olan 1 qutu termoplastik burun bandı, üzərində "Contour Plus" sözləri yazılmış hər qutuda 50 ədəd olmaqla 49 qutu qan şəkəri test çubuğu, üzərində "Men"s Romance X24 30 kapsul" yazısı olan hər qutuda 30 ədəd olmaqla 10 qutu qida əlavəsi, üzərində "Erkexin 43qr" yazısı olan 21 qutu macun, üzərində "Mirena Levonorgestral 52mg" yazısı olan 10 qutu tibbi spiral, 1690 ədəd dərman, məcun, qida əlavəsi boş qutuları, 2140 ədəd dəmir şüşə qapağı aşkar olunmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 16:27-də ölkə ərazisindən X4 Hava Limanı T1-Terminalının gəliş zalına daxil olan Türkiyə vətəndaşı Şəxs nəzarətə götürülmüş, o, "baqaj axtarış" bölməsinə yaxınlaşmış, oradan iki ədəd ağ rəngli böyük ölçülü paket götürərək gəliş zalında "Qırmızı Kanal" buraxılış sisteminə yaxınlaşmış, orada gömrük əməkdaşının tələbinə əsasən iki ədəd paketi rentgen aparatının üzərinə yerləşdirmiş, monitorda şübhəli cizgilər (dərman preparatları, qida əlavələri, tibbi ləvazimatlar) görsəndiyindən Türkiyə vətəndaşı Şəxs saxlanılmış, ilkin olaraq sorğu-sual olunmuş, cavabında həmin iki ədəd ağ rəngli böyük ölçülü paketləri gömrük nəzarətindən keçirmək üçün xx.xx.2024-cü il tarixində J278 İstanbul-Bakı aviareysi ilə gələrkən onunla eyni aviareysdə gələn tanımadığı milliyyəti türk olan bir nəfər sərnişinə verdiyini, həmin sərnişin Bülentin gömrük əməkdaşları tərəfindən saxlanıldığı görmüş, ona verdiyi iki ədəd paketi gəliş zalında saxlayaraq, gəliş zalını tərk etmişdir. Bundan sonra Şəxs tərəfindən T1 Terminalının gəliş zalındakı "baqaj axtarış" bölməsindən götürülərək gömrük nəzarətindən keçirib ölkə ərazisinə gətirmək istədiyi iki ədəd paketlərdəki mallara yoxlama keçirməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İnzibati Binasına dəvət olunmuşdur. Orada hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı, iki ədəd ağ rəngli böyük ölçülü sellofan paketlərin içərisindən ümumilikdə üzərində "Epimedyumlu Macun 12qr" sözləri yazılmış 825 paket, üzərində "Contour Plus" sözləri yazılmış hər qutuda 50 ədəd olmaqla 48 qutu, ümumilikdə 2400 ədəd qan şəkəri test çubuğu, üzərində "Dostinex 0,5mg Kabergolin" sözləri yazılmış hər qutuda 8 ədəd həb olmaqla 12 qutu, ümumilikdə 96 ədəd həb, üzərində "Burun dəliyi şəkilləndirici" yazısı olan 180 qutu tibbi ləvazimat, üzərində "Rino Face" yazısı olan içərisində 50 ədəd olan 1 qutu termoplastik burun bandı, üzərində "Osseous" yazısı olan hər qutuda 10 ədəd olmaqla 2 qutu, ümumilikdə 20 ədəd burun tomponu, 70 list dərman preparatı, qida əlavəsi üçün yapışqan kağız və 8 ədəd kiçik ölçülü boş qutular aşkar olunmuşdur. Yoxlama başa çatdıqdan sonra aşkar edilmiş predmetlər müvafiq araşdırma aparılması üçün götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə ondan və Türkiyə vətəndaşı Sulhan Ömerdən aşkar olunan bütün mallar ona məxsusdur. Həmin malları biznes fəaliyyəti üçün Azərbaycana gətirdiyini, Sulhan Ömeri əvvəlcədən tanımadığını, onu özünə inandıraraq malları keçirmək üçün özünə məxsus çemodan və paketlərə yığıb Sulhan Ömərə verdiyini bildirmişdir. Gömrük nəzarətindən bəyan etmədən "Yaşıl Kanal"dan keçməklə gömrük nəzarətini keçməsini tapşırdığını, xx.xx.2024-cü il tarixində aşkar olunan malları xx.xx.2024-cü il tarixində Azərbaycana gələrkən onunla eyni aviareysdə gələn Türkiyə vətəndaşına vermişdir. Həmin sərnişin Sulhan Ömer və onun gömrük əməkdaşları tərəfindən saxlanıldığını gördükdən sonra ona verilmiş 2 (iki) ədəd sellofan paketi gəliş zalında saxlayaraq Hava Limanını tərk etmiş, sonradan onunla əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Sonda məhkəməyə müraciət edərək məhkəmədən barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müsadirəsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, aşkar olunmuş mallarla əlaqədar "kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası" təyin edilərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/2828 nömrəli xx.xx.2024-cü il tarixli və 3-16-16/2-6/2936-9/4129 nömrəli xx.xx.2024cü il tarixli ekspert rəylərinə əsasən ekspertiza tədqiqatına təqdim edilən dərman preparatlarının tərkibində olan komponentlər "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları"na və “ Güclü təsir edən maddələr və onların külli miqdarlarının, habelə zəhərli maddələrin siyahıları"na daxil deyillər və aşkar olunmuş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 23522,64 manat, xx.xx.2024-cü il tarixdə isə aşkar olunmuş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5787,48 manat olmaqla, ümumilikdə bütün malların dəyəri 29310,12 manat müəyyən edilmişdir. 13 avqust 2024-cü il tarixli 3-33-3100/013/010546 nömrəli cinayət işinin başlanılmasının hissıvi rədd edilməsi və toplanmış materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, 26174,80 manat dəyərində dərman vasitəsi hesab olunmayan malların gömrük sərhədindən bəyan etməklə keçirilməsinə görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə J278 saylı İstanbul-Bakı aviareysi ilə gələn Türkiyə vətəndaşı Şəxs 26174,80 manat dəyərində dərman vasitəsi hesab olunmayan malları gömrük sərhədindən bəyan etməməklə keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan üzərində “Hilti Evelle” yazısı olan 22 ədəd qutuda qablaşdırılmış və hər qutunun içərisində ayrı-ayrılıqda 24 ədəd qablaşdırmanın hər birində 2 kapsul olmaqla ümumilikdə 1056 ədəd kapsul, üzərində "Epimedyumlu Macun 12qr" sözləri yazılmış 1100 ədəd paket, üzərində "Viga 84000 3ml 10%Lidocoin" sözləri yazılmış 1100 ədəd paket, üzərində "Contour Plus" sözləri yazılmış hər qutuda 50 ədəd olmaqla 70 qutu qan şəkəri test çubuğu, üzərində "Contour TS" sözləri yazılmış hər qutuda 50 ədəd olmaqla 11 qutu qan şəkəri test çubuğu, üzərində "Burun dəliyi şəkilləndirici" yazısı olan 20 qutu tibbi ləvazimat, üzərində "Hilti Evelle" yazısı olan 22 qutu, hər qutuda 2 kapsul olmaqla 24 qutu, açıq vəziyyətdə 170 ədəd kapsul olmaqla ümumilikdə 1226 kapsul, üzərində "Epimedyumlu Macun 12qr" sözləri yazılmış 1290 paket, üzərində "Viga 84000 3ml 10% Lidocoin" sözləri yazılmış bir qutuda 45 ədəd, digər hər qutuda 50 ədəd olmaqla 27 qutu, ümumilikdə 1395 ədəd nəm salfet paketi, üzərində "Osseous" yazısı olan hər qutuda 10 ədəd olmaqla 8 qutu burun tomponu, üzərində "Rino Face" yazısı olan içərisində 50 ədəd olan 1 qutu termoplastik burun bandı, üzərində "Contour Plus" sözləri yazılmış hər qutuda 50 ədəd olmaqla 49 qutu qan şəkəri test çubuğu, üzərində "Men"s Romance X24 30 kapsul" yazısı olan hər qutuda 30 ədəd olmaqla 10 qutu qida əlavəsi, üzərində "Erkexin 43qr" yazısı olan 21 qutu macun, 1690 ədəd dərman, məcun, qida əlavəsi üçün boş qutular, 2140 ədəd dəmir şüşə qapağı, Epimedyumlu Macun 12qr" sözləri yazılmış 825 paket, üzərində "Contour Plus" sözləri yazılmış hər qutuda 50 ədəd olmaqla 48 qutu, ümumilikdə 2400 ədəd qan şəkəri test çubuğu, üzərində "Burun dəliyi şəkilləndirici" yazısı olan 180 qutu tibbi ləvazimat, üzərində "Rino Face" yazısı olan içərisində 50 ədəd olan 1 qutu termoplastik burun bandı, üzərində "Osseous" yazısı olan hər qutuda 10 ədəd olmaqla 2 qutu, ümumilikdə 20 ədəd burun tomponu, 70 list dərman preparatı, qida əlavəsi üçün yapışqan kağız və 8 ədəd kiçik ölçülü boş qutular müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar