Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1805/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 26 avqust 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2339/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İcra vərəqəsi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə daxil olduqdan sonra cavabdeh şöbəyə dəvət olunmuş, xx.xx.2024-cü il tarixdə rəsmi olaraq tələbin könüllü icrası haqqında bildiriş tərəfindən ona təqdim edilsədə o, qərarı qəbul etməkdən imtina etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2339/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu X6 barəsində “çəkir, içir, butulkaları qonşunun həyətinə atır” kimi yaydığı yalan məlumatları “Space” Telekanalının “Gəl Danış” verilişində təkzib etməklə, həmçinin “ailəliklə türmədə yatmış şəxs, terrorist” kimi yaydığı yalan məlumatları “Kanal 11” adlı Youtube kanalında təkzib etməklə X2 üzr istəməsi vəzifəsi cavabdeh Şəxs həvalə edilməsini, cavabdeh Şəxs dəymiş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qərara alınmışdır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(003)-2339/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən məlumatlıdır. Onun barəsində tərtib edilmiş protokola öz etirazını bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2339/20 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazıdır, ona görə də o, qətnamənin icrasından yayındığını və heç vaxt qətnamə üzrə onun üzərinə qoyulmuş öhdəliyi təmin etməyəcəkdir. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində icra məmuru tərəfindən tələbkar X5 məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. İcra məmuru vasitəsi ilə bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2339/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, X6 barəsində “çəkir, içir, butulkaları qonşunun həyətinə atır” kimi yaydığı yalan məlumatları “Space” Telekanalının “Gəl Danış” verilişində təkzib etməklə, həmçinin “ailəliklə türmədə yatmış şəxs, terrorist” kimi yaydığı yalan məlumatları “Kanal 11” adlı Youtube kanalında təkzib etməklə X2 üzr istəməsi vəzifəsi cavabdeh Şəxs həvalə edilməsi,cavabdeh Şəxs dəymiş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Şəxs alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi və iddia ərizəsi qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(003)-2339/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Həmin qərar və bildiriş Şəxs tərəfindən qəbul edilməmiş və bu barədə 07 mart 2024-cü il tarixdə akt tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2339/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X6 barəsində “çəkir, içir, butulkaları qonşunun həyətinə atır” kimi yaydığı yalan məlumatları “Space” Telekanalının “Gəl Danış” verilişində təkzib etməklə, həmçinin “ailəliklə türmədə yatmış şəxs, terrorist” kimi yaydığı yalan məlumatları “Kanal 11” adlı Youtube kanalında təkzib etməklə X2 üzr istəməsi vəzifəsi cavabdeh Şəxs həvalə edilməsi, cavabdeh Şəxs dəymiş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X4 xeyrinə ödəniməsi qərara alınmışdır. . Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Beləliklə bütün qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1805/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1805/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver