Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1807/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 24 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin e-2(003)-4232/2018 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs 2590.93 (iki min beş yüz doxsan, doxsan üç) manat börc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-dən xeyrinə ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin 2(003)-4873/2015 xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs 976 (doqquz yüz yetmiş altı) ABŞ dolları əsas, 146 (bir yüz qırx altı) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1122 (bir min bir yüz iyirmi iki) ABŞ dolları məbləğində pul manatın ödəniş gününə nisbəti ilə və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin 2(003)-2168/2017 nömrəli, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə 4100 (dörd min bir yüz) ABŞ dolları məbləğində əsas borc, 1964 (bir min doqquz yüz altmış dörd) ABŞ dolları məbləğində faiz borcu, cəmi 6064 (altı min altmış dörd) ABŞ dolları məbləğində borc ödəniş gününün Azərbaycan Mərkəzi Bankının məzənnəsi ilə manatla, 12 (on iki) manat məbləğində notariat xərci və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-7459/2017 nömrəli, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən X2 və Şəxs müştərək qaydada 2602.76 (iki min altı yüz iki, yetmiş altı) manat əsas borc, 117 (bir yüz on yeddi) manat cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində vəsait tutularaq kreditor "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan adı çəkilən icra sənədləriniini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu Şəxs adı çəkilən icra sənədləri üzrə borcunu halhazırda maddi imkanı olmadığı üçün bir dəfəyə ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan icra sənədlərinin tam icra olunmasını təmin etməmişdir. Onunla aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, icra sənədləri üzrə borclar əsas borclu X3 məxsus olduğunu, onun borclara zamin olduğunu bildirdi. Maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı borcunu hələlik tam ödəyə bilmir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, ona bir qədər müddət verilərsə, borcunu hissə-hissə ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini tam ödəməmişdir. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1807/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1807/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver