Məhkəmə qərarları › İş №3(003)-1809/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1809/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1809/2020 23.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 3-ci PB-nin sahə inspektoru, polis mayoru X1 iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Lerik rayonunun Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lerik rayonunun Lerik RPŞ-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 206-cı maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində baş vermiş oğurluqla bağlı polis əməkdaşları tərəfindən saxlanılaraq 3-cü PB-nə dəvət olunmuşdur. Belə ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-ci Polis Bölməsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlər görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Xəzər RPİ 3-cü PB-nin polis əməkdaşları xidmətdə olarkən “Chevrolet Cruze” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilmiş, lakin sürücü maşını saxlamayaraq oradan uzaqlaşdıqdan sonra polis əməkdaşları həmin avtomobili müşahidə edib arxasınca getmişlər. Avtomobilin yanacağı qurtardığı üçün daynamış və polis əməkdaşları avtomobildə olan vətəndaşa yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu 3-cü PB-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Həmin tarixdə Şəxs narkotik vasitə qəbul edib-etməməsi üçün Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinə göndərilmiş və alınmış xx xxxxxx 2020-ci il tarixli 1057 №-li akta əsasən onun sidiyində OPİ (+), AMP (+) və MTD (+) aşkar edilmişdir. Bununla əlaqədarŞəxs barəsində Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Xəzər rayon Polis İdarəsinin 3-ci PB-nin sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitə qəbul etmiş, lakin bir müddətdir ki, qəbul etmir. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq Xəzər RPİ 3-cü PB-nə dəvət etmişlər. O da öz növbəsində polis əməkdaşı ilə şöbəyə gələrək narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Əməlindən peşmandır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx xxxx 1993-cü il tarixdə Lerik rayonunun Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lerik rayonunun Lerik RPŞ-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cımaddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar