Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1817/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 13 avqust 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləməyən, Masallı rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Yeni sahə nömrəsiz fərdi evdə yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 10 iyul 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Neftçala Rayon Məhkəməsinin 2(053)-172/2019 saylı 25 dekabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs,X3 və X5 müştərək qaydada 18520,63 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq "xxxx" İKB ASC-nə ödənilməlidir. Borclu icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, icra sənədi İcra şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, indiyə qədər borc məbləğindən heç bir ödəniş etməmiş, qeyd olunan icra sənədinin icrasından üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Borclu Xəzər rayon İcra şöbəsinə gəlməkdən yayındığına görə 31 may 2023cü il tarixdə onun barəsində axtarış elan edilmişdir. 10 iyul 2023-cü il tarixdə borclu polis əməkdaşları tərəfindən saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatında borclu Neftçala Rayon Məhkəməsinin 2(053)-172/2019 saylı 25 dekabr 2019cu il tarixli icra vərəqəsi və barəsində axtarış elan edilməsi barədə heç bir məlumatının olmadığını bildirərək bu məsələdən indi xəbərdar olduğunu, bu borcu onun götürmədiyini, sadəcə zamin durduğunu və həmin sənədi rəsmən aldıqdan sonra onun ləğvi barədə apellyasiya şikayəti verəcəyini bildirmişdir. Göründüyü kimi, görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər könüllü icra etməmiş, heç bir üzrlü səbəb olmadan həmin icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Bütün bunların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, onun Neftçala Rayon Məhkəməsinin 2(053)-172/2019 saylı 25 dekabr 2019-cu il tarixli icra vərəqəsi ilə əlaqədar axtarışda olması barədə indiyə qədər heç bir məlumatı olmamışdır, onun ünvanına bildiriş və çağırış vərəqəsi göndərilməmiş və ya ona rəsmi qaydada təqdim olunmamışdır. O, həmin sənədlərin mövcudluğu barədə yalnız 10 iyul 2023-cü il tarixdə polis tərəfindən saxlanılaraq İcra şöbəsinə gətirildikdən sonra xəbər tutmuş və icra məmuruna verdiyi izahatında bu məsələdən indi xəbərdar olduğunu və həmin sənədi rəsmən aldıqdan sonra onun ləğvi barədə apellyasiya şikayəti verəcəyini bildirmişdir. Bildirir ki, həmin pulu bankdan o, götürməmişdir, sadəcə olaraq kredit götürən şəxsə zamin durmuşdur. Hesab edir ki, o, inzibati xəta törətməmişdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs indiyə qədər Neftçala Rayon Məhkəməsinin 2(053)-172/2019 saylı 25 dekabr 2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar axtarışda olması barədə heç bir məlumatı olmamışdır, həmin sənəd onun ünvanına göndərilməmiş və ya ona rəsmi qaydada təqdim olunmamışdır. Bundan başqa, Şəxs Xəzər rayon İcra şöbəsi tərəfindən onun ünvanına göndərilmiş qərarı və bildirişi də almamışdır, həmçinin, icra məmuru borcluya göndərilmiş bildirişin, xəbərdarlığın ona təqdim edilməsi iləı bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1817/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1817/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver