Məhkəmə qərarları › İş №3(003)-1824/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1824/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1824/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 10 iyul 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, himayəsində 3 uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 12 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 6539,52 manat məbləğində borc alınıb “X3 Azərbaycan” QSC-nə verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu bu günə kimi ümumilikdə təxminən 800 manat ödəniş etmiş və onun bu günə olan borcu 5716,74 manat təşkil edir. O, izahatlarında heç bir yerdə işləmədəyinə görə borcu ödəyə bilmədiyini qeyd etmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində xx.xx.2022-ci il tarixli axtarış qərarı qəbul edilmişdir. Borclu bu gün saat 11:00-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, əvvəllər “Azərtunelmetrotikinti” SC-də işləmiş və borc əmək haqqına yönəldilmişdir. 2018-ci ildə ixtisarla işdən çıxdıqdan sonra heç bir yerdə işləməmiş, daimi gəliri olmamışdır. Bu səbəbdən də borcundan ödəniş edə bilməmişdir. Hazırda işə düzəlmək üçün sənədlər toplayır. Yaxın vaxtlarda işə düzəldikdən sonra hər ay vaxtında ödənişlər edəcəkdir. Bu gün saat 11:00-da polis tərəfindən icra şöbəsinə gətirilmişdir. Məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs cəmi 6539,52 manat məbləğində borc alınıb “X3 Azərbaycan” QSC-nə verilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Xəzər Rayon Məhkəməsinin məhkəmə əmri üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarı qəbul edilmişdir. Onun bu günə olan borcu 5716,74 manat təşkil edir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00-da polis tərəfindəm icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 12 iyul 2023-cü il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar