Məhkəmə qərarları › İş №3(003)-1825/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1825/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1825/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Pərviz Aslanovun iştirakı ilə xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, iki uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq ünvan 2ömrəsiz fərdi evdə yaşayan Şəxs Vladimir oğlunun haqqında Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 12 iyul 2023-cü il tarixli protokola əsasən Şəxs Vladimir oğlu 11 iyul 2023-cü il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində ünvansız söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs Vladimir oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vladimir oğlu məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 2012-ci ildə Azərbaycan Respublikası CMnin 177-ci maddəsi ilə təqsirli bilinərək 05 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Mərdəkan qəsəbəsində piyada hərəkət edərkən tanımadığı mülki geyimli şəxslər arxasınca gələrək onu çağırmışlar. O da qorxaraq oradan qaçmağa cəhd etmiş, lakin polis tərəfindən saxlanılaraq şöbəyə aparılmışdır. Sonradan bilmişdir ki, həmin şəxslərin arasında polis əməkdaşı da olmuşdur. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Pərviz Aslanov göstərdi ki, ərazidəki mağazadan oğurluq olduğuna görə xx.xx.2023-cü il tarixdə Mərdəkan qəsəbəsində şəxsiyyəti sonradan məlum olan Şəxs Vladimir oğlunun özünü şübhəli aparması ilə bağlı tərəfindən saxlanılarkən özünü təqdim etmiş, sonradan Şəxs qaçmağa cəhd etmişdir. Lakin yerə yıxıldığına görə qaça bilməmişdir. Şəxs yaxınlaşarkən o, nalayiq ifadələr işlədərək yenə də qaçmağa cəhd etmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Vladimir oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs Vladimir oğlu 11 iyun 2023-cü il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində ünvansız söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs Vladimir oğlu xx.xx.2023-cü il tarixdə saat 21:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vladimir oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 11 iyul 2023-cü il tarixdən saat 21:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar