Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1827/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 13 iyul 2023-cü il tarixli protokola əsasən Şəxs 15 may 2023-cü il tarixdə Xəzər rayonu, Türkan qəsəbəsində yaşadıqları evdə anası X2 döymüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Natiq Ağamirzəyev tərəfindən 26 may 2023-cü il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, X3 ögey anasıdır. O, 2009-cu ildə 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2021-ci ildə cəzadan azad olunmuşdur. X4 öz oğlu ilə əlbir olaraq onu evdən qovmaq istəyirlər. Esmira Hacıyeva tez-tez heç bir səbəb olmadan polisə, müxtəlif orqanlara şikayət edərək onu tutdurmaq istəyir. O, Esmira Hacıyevanı vurmamış, 2007-ci ildə oğlu Ramil ona xəsarət yetirmişdir. Barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 15 may 2023-cü il tarixdə Xəzər rayonu, Türkan qəsəbəsində yaşadıqları evdə anası X2 döymüşdür. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirləri görülməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 532 nömrəli xx.xx.2023-cü il ekspert rəyindən görünür ki, X1 üzərində aşkar edilmiş xəsarət – sol körpücükaltı nahiyyənin qançırı küt əşya təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olmadığına görə dərəcəsi təyin edilmir. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da saxlanılmışdır. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 13 iyul 2023-cü il tarixdən saat 17:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1827/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1827/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver