Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-183/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Zərdab rayonu, Əlıcanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Zərdab rayonu, Əlicanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əncirli yaşayış massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5, 333.1 və 329.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 333.1 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək inzibati xəta haqqında işə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, sərxoş halda avtomobil idarə etməmişdir. Belə ki, Məclisdə 2 bakal pivə içmiş, istifadəsində olan avtomobili idarə etmək üçün ayıq sürücü dəvət etmiş, həmin avtomobili idarə edərək yaşadığı Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əncirli yaşayış massivində yerləşən evinin qarşısına aparmışdır. Sürücü avtomobili dediyi yerdə saxlamış və avtomobilin açarlarını ona təhvil vermişdir. Sonra isə avtomobildən sənədlərini götürmək istəyərkən, yol polisi əməkdaşı avtomobilin yanında avtomobilini saxlayaraq ondan sənədlərini tələb etmiş və ona spirtli içki qəbul edib-etməməsini soruşmuş, cavabında isə sərxoş olduğunu bildirmişdir. O, sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, inzibati xəta haqqına protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, inzibati xəta haqqında işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhər Xəzər Polis İdarəsinin DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə səhər saat 00.30 radələrində “VAZ2106” markalı, 42CF119 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5, 333.1 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.0.2025-ci il tarixli, 3(003)-181/2025 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi və Şəxs məhkəmə iclas zalından dərhal azad edilməsi qərara alınmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək qeyd edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00.30 radələrində Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əncirli yaşayış massivində nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi sübuta yetirilməmişdir. Bu hal iş materialları və Şəxs məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq edilir. Belə ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-181/2025 nömrəli qərarından görünür ki, həmin vaxt izahat vermiş Xəzər RPİ-nin DYPŞ-nin inspektoru, polis baş serjantı X2 da izahatında Şəxs sərxoş vəziyyətdə avtomobili idarə etdiyini yox, idarə etməyə çalışdığını gördüyünü bildirmişdir. Bununla da müəyyən olunur ki, tərtib edilmiş protokol əsassızdır və Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi əsasları mövcud deyildir. İş materialları ilə həmçinin müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində polis əməkdaşının qanuni tələbərinə tabe olmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.0.2025-ci il tarixli, 3(003)-181/2025 saylı qərarı ilə barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə,saat 00:30 radələrində baş vermiş inzibati xətaya görə artıq bir dəfə daha ciddi xəta olan İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən orqan göstərilənləri nəzərə almamış və Şəxs İXM-nin 535.1-ci maddəsi ilə yanaşı eyni vaxtda, həm də Azərbaycan Respublikasının İXM-nin 342.5, 333.1 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi əsasında görə inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə münasibətdə qeyd edir ki, sözügedən maddələr üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 333.1 və 329.1-ci maddələri ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-183/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-183/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver