Məhkəmə qərarları › İş №3(003)-1831/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1831/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1831/2024 28.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi X6 İdarəsinin İTŞ-nin baş inspektoru X1 iştirakları ilə, xx.xx.1966-cı ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi X6 İdarəsinin İTŞ-dən daxil olmuş 28 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev adına X5 Terminal 1-in qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və səs-küy salaraq ictimai asayişi pozmuşdur. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535- 1ci maddəlləri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Komsomolski adlanan dairədən 01 manatdan sərnişin götürərək Heydər Əliyev adına X7 getmiş, həmin ərazidən qayıtdıqdan sonra boş qayıtmamaq üçün Terminal 01-in qarşısına 03 dəqiqəlik yolda yerləşən keçidə yaxınlaşmışdır. Terminaldan çıxıb oradakı insanlara taksi xidməti təklif edən zaman polis əməkdaşları ona yaxınlaşaraq Polis İdarəsinə dəvət etdilər. Bu zaman səbəbini soruşduqda isə Polis İdarəsinə gedəcəyi zaman hər seyi orada ona izah edəcəklərini bildirdilər. Bu səbəbdən aralarında polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və nəticədə onu İdarəyə apardılar. Beləliklə o ona elan edilmiş maddələr üzrə özünü qismən təqsirli bilərək məhkəmədən onun barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi X6 İdarəsinin İTŞ-nin baş inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə inzibati ərazisində xidmətdə olarkən bir nəfər şəxsin Heydər Əliyev adına olan Hava Limanında ictimai asayişi pozaraq səs küy salmış və o öz aqressivliyini davam etdirərək onlara qarşı tabesizlik göstərərək hərəkətlərini davam etdirmiş, özünü təqdim etməmişdir. Odur ki o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş inzibati xəta haqqında protokolları tərtib etmiş Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi X6 İdarəsinin PPXBnün manqa komandiri X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:45 radələrində Heydər Əliyev adına X10 Terminal 1-in qarşısında xidmət aparan zaman Hyundai markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şəxsi avtomobili ilə taksı tanınma nişanı və taksometr qurğusu olmadan sərnişin daşıma fəaliyyət ilə məşğul olduğu üçün tərəflərindən saxlanılma əmri verilmiş, bu zaman o aqressivliyik göstərərək onlara qarşı tabesizlik göstərərək hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: inzibati qaydada tutma haqqında 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 13:15-də tutulmuşdur; Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi X6 İdarəsinin İTŞ-dən daxil olmuş 28 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai asayışı pozaraq polis əməkdaşlarına qarşı tabesizlik göstərərək hərəkətlərini davam etdirmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddəlləri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək ona 30 (otuz) gün müddətində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, şahidin izahatı, iş materiallarında olan 01 ədəd dvd disk inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 28 avqust 2024-cü il tarixdə saat 13:15 radələrində polisin qanuni tələbinə məhəl qoymamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, şahidin izahatı, iş materiallarında olan 01 ədəd dvd disk inzibati materialda olan digər sənədlərdən görünür ki, Şəxs polis əməkdaşlarının ünvanına ictimaiyyət qarşısında təhqiredici ifadələr səsləndirməsi, onu hədələməsi və bununlada onun şərəf və ləyaqətini alçaltması öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə iclasında hadisə zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilmiş, həmin görüntüdən Babayev X3 markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında təxminən üç dəqiqə ərzində mübahisə baş verməsi görünsə də, Şəxs polis əməkdaşlarını təhqir etməsi faktının mövcudluğu aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Ağırlaşdıran hal kimi isə Şəxs son 06 ay ərzində barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təkrarən protokol tərtib edilib məhkəməyə gətirməsi müəyyən edilmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli “28” avqust 2024-cü il tarixdən saat 13:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli “28” avqust 2024-cü il tarixdən saat 13:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar